ABŞ-dən Venesuelaya tarixi müdaxilə
Dünən Venesuelanın paytaxtı Karakasda yerli vaxtla saat 02:00 radələrində azı 7 partlayış səsi və alçaqdan uçan təyyarələrin səsi eşidilib.
ABŞ Prezidenti Donald Trump bildirib ki, ABŞ Venesuelaya və ölkənin lideri Prezident Nicolas Maduroya qarşı genişmiqyaslı əməliyyat həyata keçirib və Maduro həyat yoldaşı ilə birlikdə ələ keçirilərək ölkə xaricinə çıxarılıb.
ABŞ Prezidenti Donald Trump, Venesuela Dövlət Prezidenti Nicolas Maduronun saxlanılmasına yönəlmiş əməliyyatın “çox uğurlu” olduğunu qeyd edib. "New York Times" nəşrinə danışan Trump, əməliyyatın uğurunun yaxşı planlama və sahədəki hərbi qüvvələrin peşəkarlığı sayəsində əldə edildiyini vurğulayıb.
Trump, “Çox yaxşı planlama var idi, çox güclü və yüksək ixtisaslı hərbçilər iştirak etdi. Açıq desək, son dərəcə uğurlu bir əməliyyat idi”, — deyə bildirib.
ABŞ Ədliyyə Nazirliyi Venesuela Prezidenti Nicolas Maduro və onun həyat yoldaşı Cilia Flores barəsində irəli sürülən ittihamları açıqlayıb.
Nazirliyin rəsmi internet saytında yayımlanan sənəddə Maduro “illərdir korrupsiyalaşmış və qeyri-legitim hökuməti idarə etməkdə” ittiham olunur. Sənəddə, həmçinin onun dövlət hakimiyyətindən narkotik qaçaqmalçılığı başda olmaqla qanunsuz fəaliyyətlər üçün sui-istifadə etdiyi bildirilir.
İddialara görə, Maduroya aid edilən narkotik qaçaqmalçılığı fəaliyyəti Venesuelanın hərbi və siyasi elitasının zənginləşməsinə xidmət edib. Sənəddə əlavə olaraq qeyd olunur ki, “Maduro dünyadakı ən təhlükəli narkotik qaçaqçıları və narko-terrorçularla əməkdaşlıq edib.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 13 d. əvvəl
-
22 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
25 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
























