Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

AccessBank artıq ikinci dəfədir reallaşdırdığı “Bizdən Biznesə” startap müsabiqəsinin yekunlarını qeyd edir. Bu dəfə layihənin tərəfdaşları sırasına Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) əlavə qlobal səviyyəli “VİSA” şirkəti də qoşulub.

AccessBank-ın təşəbbüsü, KOBİA-nın dəstəyi və VİSA-nın əlavə maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi yenilikçi ideyalara dəstək olmaq, yeni sahibkarlar üçün imkanları artırmaq, iqtisadi artımı stimullaşdırmaq, eləcə də, insanlara biznes ideyalarını reallaşdırmaq üçün platforma təqdim etməkdir.   “Bizdən Biznesə” müsabiqəsi iştirakçılarına öz biznes-planlarını təqdim etməklə yaradıcılıq və sahibkarlıq bacarıqlarını sərgiləmək və eyni zamanda həyata keçirmək imkanı yaradır.

Reklam_3_11

"Artıq iki ildir ki, “Bizdən Biznesə” layihəsini həyata keçiririk və məqsədimiz onu davamlı etməkdir. Çünki müraciət edən startap layihələrinin ildən-ilə daha maraqlı və innovativ olduğunu müşahidə edirik. Layihənin ilk ilində KOBİA-nın dəstəyi ilə uğurla həyata keçirilən bu təşəbbüsə bu il qlobal şirkət olan VISA-nın tərəfdaş kimi qoşulması layihənin davamlılığına olan inamımızı daha da gücləndirir. Bu əməkdaşlıq, eyni zamanda, layihənin genişləndirilməsinə, mükafat fondunun və qaliblərin sayının artırılmasına imkan yaradıb. AccessBank artıq 20 ildən çoxdur ki, Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək göstərir və bu yolda qarşılaşılan çətinlikləri yaxından tanıyır. Məqsədimiz bu layihə vasitəsilə yeni sahibkarların qarşılaşdığı əngəllərin aradan qaldırılmasına töhfə verməkdir", - deyə AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri deyib.

Bu il 15 oktyabr tarixində elan olunan müsabiqəyə 1 ay ərzində 500-dən artıq müraciət daxil olub. Münsiflər heyəti tərəfindən daxil olan layihələr arasında innovasiya, kreativlik, davamlılıq və gəlirlilik meyarlarına uyğun olan 20 layihə seçilib. İkinci mərhələdə isə 10 layihə finala çıxıb.

Final mərhələsində münsiflər heyətinin qərarına əsasən I yerin sahibi “Smarted Solutions” (Səfər İmanlı) şirkəti “Smart Cart” layihəsi ilə, II yerin sahibi “Lumimex” şirkəti “Günəş panelləri üçün örtüklərin istehsalı” layihəsi ilə, III yerin sahibi isə Elşən Hümbətov "Agritech Hydro Karabakh" layihəsi ilə elan olunub. Bundan əlavə, layihənin tərəfdaşı olan “VISA” şirkəti tərəfindən xüsusi yerin sahibi olaraq Fidan Quliyeva “İmaret Botanica” təbii kosmetik məhsullar istehsalı layihəsi ilə seçilib.

Layihənin şərtlərinə görə, I yerin sahibinə 25 000 AZN, II yerin sahibinə 20 000 AZN, III yerin sahibinə isə 15 000 AZN dəyərində mükafat verilib. Həmçinin “VISA” şirkəti tərəfindən xüsusi seçilmiş yerin sahibinə 15 000 AZN dəyərində pul mükafatı təqdim olunub.  Qaliblər mükafatı yalnız nağdsız hesablaşma formasında istifadə edə bilərlər və bir il ərzində AccessBank vasitəsilə ölkə daxili bütün bank əməliyyatlarında komissiya ödənişlərindən azad olunacaqlar.

“Bizdən Biznesə”-nin təşkilatçıları bu müsabiqə ilə startap ekosistemini gücləndirməklə sahibkarlıq mühitini daha da inkişaf etdirməyi, gənc və yenilikçi sahibkarları dəstəkləməyi hədəfləyirlər.

 AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 24-ü bölgələrdə olmaqla, 38 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. 

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

AccessBank Bizdən Biznesə startap müsabiqəsi KOBİA VISA kiçik sahibkarlıq innovativ ideyalar biznes-plan yaradıcılıq sahibkarlıq bacarıqları iqtisadi artım startap layihələri innovasiya kreativlik davamlılıq gəlirlilik Smarted Solutions Lumimex Agritech Hydro Karabakh İmaret Botanica mükafat pul mükafatı nağdsız ödəniş bank əməliyyatları mikromaliyyələşdirmə filiallar maliyyələşdirmə imkanları Azərbaycan sahibkarlıq ekosistemi.
29.12.2025 11:03

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18