Azərbaycanın cari əməliyyatlar hesabının profisiti "əriyib" - 1 milyard dollarlıq azalma
Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə cəmi əməliyyatlar balansının kəsiri 8 milyard dollara yaxınlaşın2025-ci ilin 9 ayı üzrə (yanvar-sentyabr) Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 3 milyard dollar və ya ümumi daxili məhsulun (ÜDM) 5.4%-ni təşkil etmişdir (2024-cü ilin 9 ayı üzrə 3 milyard 952.9 milyon dollar profisit olmuşdur).
Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın açıqladığı Azərbaycanın 2025-ci ilin 9 ayı üzrə Tədiyə balansında bildrilir.
Neft-qaz sektoru üzrə cəmi əməliyyatlar balansının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 3.7% azalaraq 10.7 milyard dollar, qeyri-neft-qaz sektoru üzrə cəmi əməliyyatlar balansının kəsiri isə 7.5% artaraq 7.7 milyard dollar məbləğində olmuşdur.
Xarici ticarət balansı
2025-ci ilin 9 ayı üzrə xarici ticarət dövriyyəsi 30.8 milyard dollar təşkil etmiş, neft-qaz sektoru üzrə 14 milyard dollar həcmində profisit, qeyri-neft-qaz sektoru üzrə 8.4 milyard həcmində kəsiribağlamışdır. Nəticədə hesabat dövründə xarici ticarət balansında 5.6 milyard dollar həcmində profisit yaranmışdır.
Əmtəə ixracı
Hesabat dövründə əmtəə ixracı 5.6% azalaraq 18.2 milyard dollar təşkil etmişdir. Dövr ərzində əsasən dünya bazarlarında xam neftin və təbii qazın qiymətlərinin əlverişli olması şəraitində neft-qaz sektoru üzrə ixracın həcmi 15.7 milyard dollar olmuşdur. İxrac olunmuş neft-qaz məhsullarının (15.7 milyard dollar) 9.6 milyard dolları xam neftin, 5.6 milyard dolları təbii qazın, 0.5 milyard dolları isə neft emalı məhsullarının payına düşür. Hesabat dövründə qeyri-neft-qaz ixracı üzrə müsbət meyllər müşahidə olunmuşdur. Nəticədə müvafiq dövr üzrə qeyri-neft-qaz ixracı 6.1% artaraq 2.5 milyard dollar təşkil etmişdir.
Əmtəə idxalı
2025-ci ilin 9 ayı üzrə əmtəə idxalı ötən ilin müvafiq dövrünə nəzərən 2.7% artaraq 12.6 milyard dollar təşkil etmişdir. Hesabat dövründə istehlak mallarının idxalının ümumi dəyəri isə 5.1 milyard dollar olmuş, bunun da 1.8 milyard dolları ərzaq məhsullarının payına düşür. Qeyri-neft-qaz sektoru üzrə idxal 3.9% artaraq 10.9 milyard dollar olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
13 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur










.jpg)







.jpg)

