Bakı Yaradıcı Həftəsi: Mədəniyyət və innovasiyanın yeni platforması
CulTech İnkubasiya Proqramının 4-cü kohortunun Demo Day-i Bakı Konqres Mərkəzində uğurla baş tutub. İştirakçılar layihələrini investorlar, mentorlar, kreativ sənaye liderləri və beynəlxalq nümayəndələr qarşısında təqdim ediblərİƏT Mədəniyyət Festivalı haqqında
“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” (OIC 2025) İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət, yaradıcı iqtisadiyyat və innovasiya sahələrinin bir araya gətirildiyi böyük beynəlxalq platformadır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən festivalın əsas məqsədi mədəniyyətlərarası əməkdaşlığın genişləndirilməsi, regionda yaradıcı sənayelər ekosisteminin gücləndirilməsi və qlobal trendlərlə ayaqlaşan yeni təşəbbüslərin formalaşdırılmasıdır.
Proqrama sərgilər, panel müzakirələr, innovasiya təqdimatları, kreativ baza fəaliyyətləri və dünyanın müxtəlif ölkələrindən olan iştirakçıların qatıldığı xüsusi sessiyalar daxildir.
Yaradıcı Həftə: Mədəniyyət və innovasiyanın birləşdiyi platforma
Bakı Yaradıcı Həftəsi boyunca şəhər müxtəlif istiqamətlər üzrə tədbirlərə ev sahibliyi etdi. Yerli və beynəlxalq ekspertlərin çıxışları, yaradıcı sənayelərin inkişaf perspektivlərinə dair panel müzakirələri, startapların təqdimatları və CulTech (Mədəniyyət sahəsində texnologiya sahəsi)-in xüsusi sessiyaları festivalın əsas dinamik xəttini formalaşdırdı.
Həftə çərçivəsində keçirilən vörkşoplar, rəqəmsal və tətbiqi sənət sərgiləri, texnologiya nümayişləri və performanslar həm yaradıcılıq mühitini canlandırdı, həm də gənclər, yaradıcı icmalar, investorlar və dövlət nümayəndələri arasında əməkdaşlıq üçün yeni körpülər yaratdı.
Kreativ Həftə çərçivəsində CulTech Demo Day ilə yanaşı, mədəni innovasiyaların rolu, rəqəmsallaşma və regional kreativ ekosistemin inkişafı mövzularında panel müzakirələri də keçirildi.
CulTech Layihəsi
CulTech – mədəniyyət və texnologiyanın kəsişməsində formalaşan və ölkənin kreativ gəncliyini qlobal səhnəyə çıxarmağı hədəfləyən strateji platformadır. Proqram startaplara və yaradıcı komandalara mentorluq, investisiya əlaqələri, PR dəstəyi, brend mövqeləndirməsi və biznes inkişafı üzrə çoxşaxəli imkanlar təqdim edir.
Layihənin məqsədi
CulTech-in əsas hədəfi innovativ biznes modellərinin inkişafını sürətləndirmək, yerli ideyaların beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin etmək və Azərbaycanın kreativ ekosistemini regional səviyyədə gücləndirməkdir.
Demo Day – Yeni ideyaların təqdim olunduğu gün
9 dekabr 2025-ci ildə CulTech İnkubasiya Proqramının 4-cü kohortunun Demo Day-i Bakı Konqres Mərkəzində uğurla baş tutub. İştirakçılar layihələrini investorlar, mentorlar, kreativ sənaye liderləri və beynəlxalq nümayəndələr qarşısında təqdim ediblər. Tədbir həm yeni əməkdaşlıqlar üçün "açar" rolunu oynayıb, həm də regionun innovasiya potensialını nümayiş etdirib.
Demo Day startapları
Bir-Yer.az — xəritə əsaslı axtarış və AI tövsiyə sistemi ilə istifadəçilərə büdcə, vaxt və tələbatına uyğun məkan seçimini bir kliklə təklif edən platforma.
BrandedBy — brendlər üçün lisenziyalı AI avatarları və səs texnologiyaları ilə saniyələr içində hüquqi cəhətdən təhlükəsiz kontent yaradan SaaS həlli. Text-to-video generator və API inteqrasiyası ilə influencer marketinqini avtomatlaşdırır.
Casting.az — aktyorlar, rejissorlar və prodüserlər üçün yaradılmış peşəkar talent bazası. İnkişaf etmiş filtrlər vasitəsilə uyğun simaların tapılmasını sürətləndirir.
Luhive — icmalar üçün “all-in-one” yanaşma. Tədbirlər, elanlar, üzvlər və kontent vahid paneldən idarə edilir; AI köməkçisi və analitika ilə qərarvermə optimallaşdırılır.
Lilitopia — 0–8 yaşlı uşaqlar üçün lokal və mədəni baxımdan uyğunlaşdırılmış öyrədici kontent ekosistemi. Mobil tətbiqlərdən YouTube seriyalarına, kitab və oyunlara qədər çoxsaylı IP-lər əsasında qurulan qlobal miqyaslana bilən edutainment modeli.
Kendeget — kənd sakinləri və kiçik sahibkarların məhsul və xidmətlərini daha geniş auditoriyaya çıxarmağa, səyahətsevərlərə isə autentik mədəni təcrübələr təqdim etməyə imkan yaradan platforma.
Gələcək Perspektivlər
Demo Day CulTech proqramı üçün yalnız başlanğıcdır. Startaplar üçün yeni investisiya imkanları, beynəlxalq partnyorluqlar və bazarlara çıxış yolları artıq formalaşmağa başlayıb.
SUP VC və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi CulTech İnkubasiya Proqramının genişləndirilməsini, növbəti kohortların yaradılmasını və yaradıcı sahələr üzrə qlobal əməkdaşlıq mexanizmlərinin gücləndirilməsini hədəfləyir. Məqsəd — Azərbaycanı regionun aparıcı CulTech mərkəzinə çevirmək və gələcək nəsillərə dayanıqlı innovasiya mühiti təqdim etməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
1 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
2 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
2 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
2 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
2 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
-
3 saat əvvəl
Rusiya sülhü qəbul etməzsə…: ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Ən çox oxunanlar
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR
Bakı limanında “mafiya filmi” ssenarisi
OpenAI Amazon ilə 10 milyard dollar investisiya və süni intellekt çiplərindən istifadə barədə danışıqlara başlayıb








.webp)










.jpg)






.jpg)

