ABB mobile tətbiqində ABŞ istiqrazlarına investisiya imkanı!
ABB ölkəmizdə ilk dəfə mühüm bir investisiya imkanını təqdim edib.
İndi ABB mobile vasitəsilə ABŞ istiqrazlarına da investisiya etmək mümkündür. Hər bir ABB mobile istifadəçisi birbaşa ABŞ dövlət və korporativ istiqrazlarına investisiya edə bilər. ABŞ istiqrazları ABŞ dollarında sabit faiz gəliri təmin edən, səhmlərlə müqayisədə qiymət dəyişkənliyi nisbətən aşağı olan, qısa (1 ilədək), orta (3-5 ilədək) və uzunmüddətli (5 ildən çox) investisiya alətləridir.
Tətbiq üzərindən ABŞ istiqrazlarını ən kiçik həcmdə belə rahatlıqla əldə edə və ehtiyac olduqda sata bilərsiniz. ABŞ istiqrazlarına ABB mobile tətbiqi ilə investisiya etməyin digər üstünlükləri prosesin yüksək etibarlılığı, sadəliyi, tam rəqəmsal təcrübə ilə həyata keçirilməsidir. Müştərilər bununla risksiz (ABŞ dövlət istiqrazları) və az riskli (yüksək kredit reytinqli), təhlükəsiz və valyuta əsaslı gəlir əldə etmək imkanı qazanırlar.
ABB mobile tətbiqini buradan yükləyib onun çoxsaylı imkanlarından faydalanmaq, o cümlədən tətbiq üzərindən yerli və xarici kapital bazarlarına investisiya yatırmaq olar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
6 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
6 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
7 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib























