Nəhəng bank qızılın qiymətinin 5150 dollara yüksələcəyini proqnozlaşdırır
Deutsche Bank qızılın qiymətinin 2027-ci ildə orta hesabla 5150 dollar səviyyəsinə yüksələcəyini proqnozlaşdırır.Almaniyanın nəhəng maliyyə qurumu Deutsche Bank 2026-cı il üçün qızıl qiyməti proqnozunu artırıb.
Marja xəbər verir ki, Bank əvvəllər 1 unsiya qızılın 4 000 dollar olaraq açıqladığı orta qiymət proqnozunu 4,450 dollara yüksəldib. Bu yeniləmənin əsas səbəbi investor axınlarında stabilliyin təmin olunması və mərkəzi bankların güclü alış marağının davam etməsi göstərilib.
Bankın yeni proqnoza görə, 2026-cı ildə qızılın unsiyasının 3950 ilə 4950 dollar aralığında ticarət edəcəyi gözlənilir. Qeyd olunub ki, proqnozlaşdırılan yuxarı hədd COMEX-də ticarət olunan 2026-cı ilin dekabr ayına olan qızıl fyuçersinin mövcud səviyyəsindən təxminən 14% yüksəkdir.
2027 və 2028-ci il proqnozları da açıqlanıb. Deutsche Bank-ın uzunmüddətli proqnozlarına görə, qızılın 2027-ci ildə orta qiyməti 5150 dollar, 2028-ci ildə isə 4500 dollar səviyyəsində olacağı gözlənilir. Bank qızıla uzun müddət ərzində güclü tələbat olacağını bildirir.
Gümüş, platin və paladyum üçün də proqnozlar açıqlanıb. Deutsche Bank 2026, 2027 və 2028-ci illər üçün gümüş, platin və paladyumun orta qiymətlərini təqdim edib:
Gümüş: 2025-ci il orta qiymət 38,8 dollar, 2026-cı il üçün orta qiymət 55,1 dollar, 2026-cı ilin I rübündə 51,7 dollar, IV rübündə 58,5 dollar, 2027 və 2028-ci illər üçün orta qiymətlər müvafiq olaraq 60,0 və 55,0 dollar.
Platin: 2025-ci il orta qiymət 1253 dollar, 2025-ci ilin IV rübü 1575 dollar, 2026-cı ilin I rübü 1630 dollar, IV rübü 1840 dollar, 2026-cı il orta qiyməti 1735 dollar, 2027 və 2028-ci illər üçün proqnozlar 2040 və 1750 dollar.
Paladyum: 2025-ci il orta qiymət 1137 dollar, 2025-ci ilin IV rübü 1420 dollar, 2026-cı ilin I rübü 1470 dollar, IV rübü 1660 dollar, 2026-cı il orta qiyməti 1565 dollar, 2027 və 2028-ci illər üçün proqnozlar 1840 və 1570 dollar.
Əlavə edək ki, Bank of Amerika (BofA), qızıl qiymətlərində yeni ildə rekord gözləyir. Bank qızılın 2026-cı ildə 5000 dollara çatacağını proqnozlaşdırır. Banka görə, 2026-cı ildə qızıl orta hesabla 4538 dollar/unsiyasəviyyəsində ticarət olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
8 d. əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 31 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar


















.jpg)
