Kapital Bank-dan BMU tələbələrinə təhsil və fərdi inkişaf dəstəyi
(®) Ölkənin birinci bankı Kapital Bank gənclərin karyera və şəxsi inkişafına dəstək missiyasını davam etdirir. Məlum olduğu kimi bank ali məktəblərdə “Kapital Bank” otaqlarını tələbələrin istifadəsinə verməklə onların təhsilinə və fərdi inkişafına dəstək olmağa çalışır. Belə ki, bu otaqlarda maliyyə istiqamətində fərqli seminarlar, təlimlər və masterklasslar keçirilir.
Növbəti belə bir təlim Bakı Mühəndislik Universitetində baş tutub. Təlimdə “İnformasiya texnologiyaları”, “Kompüter mühəndisliyi” və “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə təhsil alan 60-dan çox 3 və 4-cü qrup tələbələri iştirak ediblər.
Təlimin spikeri Kapital Bank-ın Proqram mühəndisliyi ekspert mərkəzinin Funksional lideri Valeh Əsədov tələbələrlə “Mobil bankçılıq” və “Mobil bankçılıq tərtibatının bank sektorundakı rolu” mövzularında təcrübələrini bölüşüb. O, maliyyə sektorunda rəqəmsal inkişafın aktuallığını vurğulayaraq, gənc mütəxəssislərin bu sahədə potensial perspektivlərindən danışıb. Seminar interaktiv sual-cavab sessiyası ilə davam edib və tələbələr onları maraqlandıran mövzularda ekspert rəyi əldə ediblər.
Qeyd edək ki, ölkədə təhsilin inkişafına töhfə vermək və gənclərə dəstək məqsədi ilə Kapital Bank daha öncə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetlərində müasir texnoloji standartlara cavab verən “Kapital Bank” otaqlarını istifadəyə verib.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 50 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
3 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur

















.jpg)


