Azərbaycanın kapital bazarlarında tarixi saziş
Azərbaycanlı investorlara Əbu-Dabi Birjasında qarşılıqlı ticarət imkanı yaradılıbAzərbaycan Respublikası Milli Depozit Mərkəzi (MDM), Tabadul layihəsi çərçivəsində Bakı Fond Birjası (BFB) və Azər Türk Bank ASC (ATB) Tabadul Ticarət Mərkəzinə qoşulmaq məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Əbu-Dabi Birjası (ADX) ilə birgə Kollektiv Mübadilə Razılaşması imzalamışdır.
İmzalanmış bu razılaşma sayəsində Tabadul Ticarət Mərkəzi, BFB və ADX arasında körpü rolunu oynayaraq hər iki birjanın üzvlərinə qarşılıqlı ticarət etmə imkanı yaradacaq. Bu həm investorlar, həm də investisiya şirkətləri üçün qarşılıqlı bazarlarda ticarət prosesinin daha sürətli, effektiv və təhlükəsiz təşkilinə imkan verəcək. MDM, daxili bazarda ticarət etmək istəyən hər bir ADX üzvünə onların müştəriləri və öz hesablarına əldə etdikləri qiymətli kağızların hesablaşmalarını və saxlanılmasını həyata keçirmək məqsədilə mərkəzi depozitar sistemində müvafiq olaraq nominal saxlayıcı və depo hesabı açaraq dəstək olacaq.
İlkin mərhələdə BFB və ADX üzvlərinin Tabadul qarşısında ticarət öncəsi pul öhdəliklərinin tanınması və pul hesablaşmalarının həyata keçirilməsi məqsədilə Azər Türk Bank ASC (ATB) hesablaşma agenti kimi təyin edilmişdir.
Tabadul platforması qısa müddətdə bir çox ölkə və region arasında əlaqələrin qurulmasına imkan vermiş, bazarlar arasında ticarət proseslərini daha əlçatan etmişdir. Platformanın genişlənməsi Tabadulu regional kapital bazarlarında əməkdaşlıq üçün vacib bir mərkəzə çevirir. Bununla yanaşı, Tabadul Ticarət Mərkəzinə qoşulma Azərbaycanda kapital bazarının inkişafına, bu sahədə beynəlxalq əlaqələrin gücləndirilməsinə və bazarın daha rəqabətqabiliyyətli olmasına töhfə verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 9 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















