MÜSİAD strateji sahələrdə mövcud güzəştlərin tədricən dayandırılmasının, istehsal üçün ƏDV və enerji tariflərində davam etdirilməsinin tərəfdarıdır
Hazırkı dövrdə qlobal iqtisadi dəyişikliklər, enerji bazarlarında dalğalanmalar və tədarük zəncirlərindəki gərginliklər bütün ölkələrin iqtisadi siyasətinə təsir göstərir. Bu şəraitdə Azərbaycan iqtisadiyyatında sabitliyin qorunması və sahibkarlıq fəaliyyətinin dayanıqlılığı mühüm əhəmiyyət kəsb edir. Son illərdə İqtisadiyyat Nazirliyinin həyata keçirdiyi islahatlar, şəffaf və rəqabətqabiliyyətli biznes mühitinin formalaşmasına, sahibkarların fəaliyyət imkanlarının genişlənməsinə xidmət edir.
Marja.az xəbər verir ki, bunu “MÜSİAD Azərbaycan” ictimai birliyinin İdarə Heyətinin sədri Rəşad Cabirli bildirirb.
O qeyd edib ki, “MÜSİAD Azərbaycan” ictimai birliyi bu siyasəti dəstəkləyərək qeyd edir ki, vergi güzəştlərinin mərhələli şəkildə tənzimlənməsi həm dövlət maliyyə sabitliyi, həm də sahibkarların adaptasiyası baxımından daha məqsədəuyğundur:
"Birliyin fikrincə, bu prosesdə keçid dövrünün müəyyənləşdirilməsi, strateji sahələrdə mövcud güzəştlərin tədricən dayandırılması və istehsal yönümlü fəaliyyətlər üçün ƏDV və enerji tarifləri dəstəyinin davam etdirilməsi iqtisadi sabitliyə müsbət təsir göstərə bilər. MÜSİAD Azərbaycan ictimai birliyi hesab edir ki, hər zaman olduğu kimi bu gün də islahatların uğuru üçün dövlət qurumları və sahibkar birlikləri arasında davamlı dialoq faydalıdır".
İdarə Heyətinin sədri Rəşad Cabirli əlavə edib:
“Vergi siyasətində aparılan dəyişikliklər dövlətin iqtisadi islahat kursuna uyğun şəkildə həyata keçirilir. Əsas məqsəd fiskal sabitliklə yanaşı, sahibkarların fəaliyyət mühitinin sabit qalmasıdır. Biz inanırıq ki, bu proses əməkdaşlıq və qarşılıqlı anlayış şəraitində davam edəcək.”
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

















