Birmarket təkcə platforma ilə deyil, insanları ilə də ticarətçinin yanındadır
(®) Azərbaycanın aparıcı e-ticarət platforması olan Birmarket tərəfindən keçirilən Ticarətçilər Forumu 2025-in açılışı olub.
Birmarket-in Baş İcraçı Direktoru Rauf Qulaməliyev açılış niqtində bildirib ki, Birmarket sadəcə sistem deyil, hamının gördüyü, bildiyi və iştirakçısı olmaqdan qürur duyduğu bir bazar qurur:
“Birmarket olaraq biz həm alıcı, həm də satıcılar üçün yeniliklər edirik. Yeni satıcı kabineti, hansı ki, satıcılara platformaya birbaşa qoşulmaq imkanı yaradır. Kabinetdə məhsul çeşidi və qiymətləri idarəetmə alətləri, təkmilləşdirilmiş müştəri yolu və ən vacibi gücləndirilmiş çatdırılma xidməti. Bütün bu görülən işlər artıq müsbət nəticələr verir. Birmarket-in bu gün 1 500-dən çox “gəl al” məntəqəsi var. Biz sözün əsl mənasında müştəriyə daha da yaxınlaşmışıq. Bu prosesdə təkcə platforma deyil, insanlarımızla da ticarətçinin yanındayıq”.
Rauf Qulaməliyev əlavə edib ki, təkcə bu il tərəfdaşlarla birgə 1 milyondan artıq sifariş həyata keçirilib, ötən illə müqayisədə alışlar iki dəfə artıb, təkrar müştəri alışları isə hər ay böyüyür.
"Biz, artıq Bir ekosisteminin bir hissəsiyik. Bu o deməkdir ki, tərəfdaşlarımız da bu sistemin iştirakçısıdır və onun imkanlarından yararlanırlar. Artıq Birmarket məhsul təklifləri 4 milyondan çox aktiv müştəri bazası olan Birbank tətbiqində yer alır. Alıcılar sərfəli şərtlərlə platforma üzərindən kredit əldə edirlər. Ödənişlər BirBonus proqramı ilə edilə bilir və müştərilər həm alışa görə, həm də ödənişdən bonus qazanır. Bütün bu imkanlar bizim tərəfdaşlarımız üçün qurulub”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir Ekosistem "Birbank", "m10", "MilliÖn", "Birmarket", "BakıKart" və "Trendyol Azərbaycan" kimi ölkənin aparıcı brendlərini vahid çətir altında birləşdirir. PAŞA Holding tərəfindən yaradılan ekosistem 2025-ci il 7 fevralda ictimaiyyətə təqdim olunub və müştərilərin gündəlik maliyyə, alış-veriş və nəqliyyat ehtiyaclarını innovativ yanaşma ilə qarşılayaraq onlara inteqrasiya olunmuş istifadə təcrübəsi təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















