PAŞA Kapital və Sea Breeze arasında Strateji Tərəfdaşlığa dair Memorandum imzalanıb
29 oktyabr 2025-ci il tarixində ölkənin iki lider və yenilikçi şirkəti PAŞA Kapital və Sea Breeze arasında qarşılıqlı tərəfdaşlığa dair memorandum imzalanıb.
Bu tərəfdaşlıq, ölkəmizin biznes mühitində yeni bir sinerjinin başlanğıcı, həmçinin maliyyə və daşınmaz əmlak bazarında investisiya etmək istəyən şəxslər üçün yeni imkanların yaradılması məqsədilə gələcəyə yönəlmiş uzunmüddətli strateji addımdır.
Memorandumun əsas məqsədi hər iki şirkətin müştərilərinə özəl xüsusi şərtlərlə yeni investisiya imkanlarının yaradılması, innovativ maliyyə həllərinin tətbiqi və uzunmüddətli dayanıqlı tərəfdaşlıq modelinin formalaşdırılmasından ibarətdir.
Belə ki, Sea Breeze kurort şəhərciyində daşınmaz əmlak əldə etmək istəyən şəxslər PAŞA Kapital vasitəsilə aşağıdakı sərfəli şərtlərdən faydalana biləcəklər:
- Ümumi alış məbləğində 20%-dək qənaət;
- Müqavilənin AZN valyutasında bağlanılması imkanı.
Strateji tərəfdaşlığa dair memorandum PAŞA Kapital İnvestisiya Şirkətinin Baş Kommersiya İnzibatçısı və İdarə Heyətinin üzvü İlqar Tağıyev və Sea Breeze-in Kommersiya Direktoru Ayaz Tağıyev tərəfindən imzalanıb.
İmza mərasimi Sea Breeze-in satış ofisində hər iki tərəfin məsul nümayəndələrinin iştirakı ilə baş tutub, tədbir çərçivəsində gələcək əməkdaşlıq istiqamətləri və birgə təşəbbüslər üzrə müzakirələr aparılıb.
PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri, həmçinin fəaliyyəti haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
3 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur

















.jpg)



