"Tək Taleh Kazımovun yox, əhalinin də Manata inamı artır"
"Manatın dayanıqlığı haqqında heç bir şübhə olmamalıdır""Azərbaycanın valyuta bazarında, o cümlədən nağd valyuta bazarında təklif tələbi üstələyib".
Marja.az-ın məlumatına görə, bunu keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
"Biz bunu hər gün izləyirik. 9 ayın nəticələrinə əsasən, nağd valyuta bazarında təklif tələbi 230 milyon üstələyib. Yəni əhali daha çox xarici valyuta vəsaitlərini satıb, nəyinki alıb. Bu bizim üçün daha vacib göstəricidir. Çünki biz əhalinin gözləntilərini bu göstərici ilə qiymətləndirirk", - Kazımov deyib.
Mərkəzi Bankın sədri qeyd edib ki, onun Azərbaycan Manatına inamı yüksəkdir:
"Bu mənim hansısa emoisional fikirim deyil, Azərbaycan Manatına inamımın arxasında rəqəmlər və faktlar dayanır. İlk növbədə tək Taleh Kazımovun yox, əhalinin də Manata inamı artır. Birincisi - sentyabrda dollarlaşma səviyyəsi 29 faizə düşüb. Bizim hədəfimiz bu rəqəmi 20-25% ətrafında idarə etməkdir və bu, normaldır. Yəni dollarlaşma səviyyəsi 20-25% ətrafına düşərsə, bu, normaldır. Dollarlaşma səviyyəsi sıfır ola bilməz.
İkincisi - nağd bazarda olan əməliyyatlara baxsaq, təklif tələbi üstələyir, bu məbləğ olaraq yüksəkdir. 9 ayın nəticələrinə əsasən, nağd valyuta bazarında təklif tələbi 230 milyon üstələyib.
Üçüncü amil - ölkəmizin strateji valyuta ehtiyatları il ərzində 14,7% artaraq 81,5 milyard dollara çatıb. Bizim strateji valyuta ehtiyatlarımız geniş Manat kütləsini 3,7 dəfə üstələyir. Yəni, manatın dayanıqlığı haqqında heç bir şübhə olmamalıdır.
Dördücü amil - proqnozlarımıza görə cari əməliyyatlar balansı 2025-ci ilin və 2026-cı ilin sonlarında profistli olacaqdır. Yəni, bu tək mənim fikirim deyil, rəqəmlər və faktlardır.
Avropa Yenidənqurma və İnkişaf bankının (AYİB) manatla istiqrazlar buraxılışı da bunu göstərir ki, onlar da Azərbaycan iqtisadiyyatına, Manata inanırlar və Mərkəzi Bank tərəfindən həyata keçirilən pul siyasətini dəstəkləyirlər".
Bu gün Mərkəzi Bankın yaydığı press-relizdə bildirilikr ki, xarici valyuta bazarında vəziyyət stabildir və burada ümumilikdə təklif tələbi üstələyir. Son 9 ayda mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 1.8 faiz bəndi azalaraq sentyabrda 29%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Dövlət Gömrük Komitəsinin məlumatına görə 2025-ci ilin 9 ayında xarici ticarət balansının müsbət saldosu 1.8 mlrd. ABŞ dolları təşkil edib. Pul baratları üzrə də xalis daxilolmaların ötən ilə nəzərən müsbət dinamikası tədiyə balansının cari hesabının profisitli olmasını dəstəkləyir. Mərkəzi Bankın 2025-ci ilin sonuna cari hesabın profisiti üzrə proqnozu cüzi olaraq artırılma istiqamətində dəyişdirilib. 2026-cı ilə isə cari hesabın profisitinə dair proqnoz dəyişməz saxlanılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
2 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur










.jpg)







.jpg)



