Qablaşdırma üzrə yeni dövlət standartları qəbul edilib
Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) qablaşdırmaya dair 12 yeni dövlət standartı qəbul edib.
AZSTAND-ın yaydığı məlumata görə, standartlar aşağıdakılardır:
- AZS EN 13193:2025 "Qablaşdırma - Qablaşdırma və ətraf mühit - Terminologiya";
- AZS EN 13427:2025 "Qablaşdırma - Qablaşdırma və qablaşdırma tullantıları sahəsində Avropa Standartlarının tətbiqinə dair tələblər";
- AZS EN 13428:2025 "Qablaşdırma - İstehsal və tərkiblə bağlı xüsusi tələblər - Mənbələrin azaldılması yolu ilə qabaqlayıcı tədbirlər";
- AZS EN 13431:2025 "Qablaşdırma – Enerjinin bərpası məqsədilə bərpa oluna bilən qablaşdırmaya dair tələblər, o cümlədən minimal istilik törətmə qabiliyyətinin müəyyən edilməsi";
- AZS EN 13432:2025 "Qablaşdırma - Kompost hazırlanması və biodeqradasiya yolu ilə bərpa oluna bilən qablaşdırmaya dair tələblər – Qablaşdırmanın yekun məqbulluğu üçün sınaq sxemi və qiymətləndirmə meyarları";
- AZS EN 13437:2025 "Qablaşdırma və materialın təkrar emalı - Təkrar emal üsullarına dair meyarlar - Təkrar emal proseslərinin təsviri və blok-sxemi";
- AZS EN 13439:2025 "Qablaşdırma - Enerjnin bərpa olunma dərəcəsi - Tərif və hesablama üsulu";
- AZS EN 13440:2025 "Qablaşdırma - Təkrar emal dərəcəsi - Tərif və hesablama üsulu";
- AZS EN 14045:2025 "Qablaşdırma - Verilmiş kompostlama şərtlərində qablaşdırma materiallarının praktikada tətbiq edilməsi mümkün olan sınaqlar çərçivəsində parçalanmasının qiymətləndirilməsi";
- AZS EN 14046:2025 "Qablaşdırma - Nəzarət edilən kompostlama şərtlərində qablaşdırma materiallarının son aerob biodeqradasiya qabiliyyətinin və parçalanmasının qiymətləndirilməsi - Ayrılan karbon qazının analizinə əsaslanan metod";
- AZS EN 14047:2025 "Qablaşdırma - Sulu mühitdə qablaşdırma materiallarının son aerob biodeqradasiya qabiliyyətinin müəyyən edilməsi - Formalaşan karbon qazının analizinə əsaslanan metod";
- AZS EN 14048:2025 "Qablaşdırma - Sulu mühitdə qablaşdırma materiallarının son aerob biodeqradasiya qabiliyyətinin müəyyən edilməsi - Qapalı respirometrdə oksigen tələbatının ölçülməsinə əsaslanan metod".
Bu standartların tətbiqində əsas məqsəd təkrar istifadə oluna bilən qablaşdırmaların ətraf mühitə zərərli təsirlərinin minimuma endirilməsi, o cümlədən material dövriyyəsinə yenidən inteqrasiya oluna bilən qablaşdırma miqdarını artırmaqla tullantı poliqon sahələrinin azaldılmasına nail olmaqdır.
Yeni dövlət standartları "Ekologiya" standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK-09) qəbul edilib, AZSTAND onları təsdiqləyərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























