Bakı Fond Birjası ilk dəfə istiqrazların ticarətində “təmiz qiymət” prinsipini tətbiq edib
15 oktyabr 2025-ci il tarixində Bakı Fond Birjasında istiqrazlar üzrə ticarət ilk dəfə təmiz qiymət (clean price) prinsipi ilə baş tutub.
Birjanın yaydığı məlumatda bildirilir ki, beynəlxalq təcrübəyə əsaslanan təmiz qiymət (clean price) prinsipi ilk dəfə olaraq Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) istiqraz emissiyası zamanı baş tutub. Bu Azərbaycan kapital bazarı üçün mühüm bir mərhələ sayılır. Belə ki, əvvəlki illərdə istiqrazlar çirkli qiymət (dirty price) üsulu ilə ticarət olunurdu, yəni qiymət hesablanarkən istiqrazın toplanmış faiz gəliri (accrued interest) də həmin qiymətə əlavə edilirdi. Bu yanaşma istiqrazın həm bazar dəyərini, həm də indiyə qədər hesablanmış faiz hissəsini özündə birləşdirirdi.
Yeni tətbiq olunan təmiz qiymət prinsipi isə istiqrazın yalnız bazar dəyərinə əsaslanır, yəni qiymətin hesablanmasına toplanmış faiz daxil edilmir. Bu prinsipdə faiz gəliri ayrıca hesablanır və alqı-satqı zamanı ayrılıqda göstərilir.
Bu prinsipin tətbiq edilməsi beynəlxalq təcrübəyə keçid deməkdir və aşağıdakı nəticələri təmin edir:
- Qiymət formalaşmasında şəffaflıq artır
- İnvestorlar üçün müqayisə və analiz daha dəqiq olur
- Yerli bazarın beynəlxalq standartlara inteqrasiyası sürətlənir
Şəffaflığı, hesabatlılığı və bazar bütövlüyünü təşviq edərək, dayanıqlı inkişaf və sabitliyi dəstəkləyən əlverişli bir mühitin yaradılması Bakı Fond Birjasının hədəflərindən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
8 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)





