Dövlət büdcəsində 4,5 milyard manatlıq artıqlıq yaranıb
9 ayda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib. 29 milyard 142,4 milyon manat gəlirin 24 milyard 668,2 milyon manatı xərclənib.2025-ci ilin 9 ayında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 1 milyon 124 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.
Marja.az Maliyyə Nazirliyinə istinadəb xəbər verir ki, cari ilin yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin gəlirləri 29 milyard 142,4 milyon manat təşkil edib ki, bu da doqquz aylıq proqnozu 675,2 milyon manat və ya 2,4 faiz üstələyib.
Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 12 milyard 455,8 milyon manat təşkil edərək proqnozdan 614,2 milyon manat və ya 5,2 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 34,5 milyon manat təşkil edərək proqnozdan 8,2 milyon manat və ya 31,2 faiz, sair daxilolmalar 563,2 milyon manat təşkil edərək proqnozdan 304,4 milyon manat və ya 2,2 dəfə çox, Dövlət Neft Fondundan transfert isə 10 milyard 860,7 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.
Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 4 milyard 748,0 milyon manat təşkil edərək proqnoza qarşı 98,4 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 480,2 milyon manat təşkil edərək proqnoza qarşı 73,3 faiz icra olunub.
Dövlət büdcəsinin xərcləri isə 2025-ci ilin 9 ayı ərzində 24 milyard 668,2 milyon manat məbləğində icra edilib. Büdcənin icrasında 4 milyard 474,2 milyon manat profisit (büdcə artıqlığı) yaranıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 3 saat sonra
-
-
18 d. əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 28 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"FINCA Azerbaijan" təminatsız istiqrazlar ilə 1,5 milyon manat borc alır
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan bankı xarici qurum ilə 20 milyon dollarlıq kredit sazişi imzalayıb
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
Ən çox oxunanlar
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib
İlk “IM Motors LS9 Plug-in-Hybrid” “Sea Breeze”-də təqdim olundu
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb


























