Su tariflərinin dəyişəcəyinin siqnalı verildi - "Diferensial su tarifləri ilə bağlı təklifimizi Tarif Şurasına təqdim edəcəyik"
Su tarifləri ilə bağlı Türkiyə və Avropa ölkələrinin təcrübələri araşdırılıb. Bu ölkələrdə geniş tətbiq edilən mexanizmlərdən biri diferensial tarif qaydasıdır.
Bunu Bakıda keçirilən II Milli Rəqabət Forumu çərçivəsində panel müzakirəsi zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov deyib.
O qeyd edib ki, bu məsələ “Sudan səmərəli istifadə üzrə Milli Su Strategiyamız”da da öz əksini tapıb. Strategiyada hədəf kimi göstərilib:
“Hazırda bu məsələnin təhlilini aparırıq. Təhlil başa çatdıqdan sonra müvafiq təklifimizi Tarif Şurasına təqdim edəcəyik”.
Ə. Şirinov deyib ki, diferensial tarif əsasən aşağı gəlirli təbəqəni qorumağa xidmət edir:
“Yəni onlar üçün daha güzəştli qiymətlər tətbiq olunur. İkinci mərhələdə daha çox su istifadə edənlər üçün tariflər daha yüksək müəyyənləşdirilir ki, qənaət təşviq edilsin. Bundan əlavə, kommersiya subyektləri var ki, onlar sudan istifadə edərək gəlir əldə edirlər. Onlar üçün də ayrıca, fərqli tariflər müəyyənləşdirilir. Dünyada bu praktika geniş yayılıb. Bizim strategiyadakı araşdırmalarımızın da məqsədi məhz belə əsaslandırılmış bir təklifi hazırlayıb Tarif Şurasına təqdim etməkdir. Bu məsələ üzərində iş davam edir, hələ təklifimizi rəsmi olaraq təqdim etməmişik”.
Ə. Şirinov qeyd edib ki, adətən diferensial tarif deyəndə insanlar qiymətlərin artacağını düşünürlər:
“Amma bu, əslində belə deyil. Əksinə, diferensial tarifin məqsədi aşağı gəlirli əhalini qorumaq, onlara güzəştli qiymətlər vermək, kommersiya və çox su istifadə edən obyektlər üçün isə tarifləri daha düzgün səviyyədə müəyyən etməkdir”.
“Bu sahədə biz “Azərqaz” və “Azərişıq” təcrübəsindən də faydalanacağıq. Çünki onlarda diferensial tarif mexanizmi artıq tətbiq olunub. Hazırda yalnız su kommunal sahəsində belə bir mexanizm mövcud deyil. Gələcəkdə biz bununla bağlı təkliflərimizi təqdim edəcəyik”, - deyə Ə. Şirinov əlavə edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 həftə sonra
- 1 həftə sonra
-
- 16 d. əvvəl
-
18 d. əvvəl
Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2%, mobil internetin sürəti isə 4%-dən çox artıb
-
19 d. əvvəl
Ford elektrikli avtomobillərdə zərər edir, strategiya dəyişir: 13 milyard dollarlıq itki
-
35 d. əvvəl
11 ayda dövlət büdcəsindən 292,7 milyon manat geri qaytarılıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp BBC-ni məhkəməyə verib, 10 milyard dollar təzminat tələb edir
-
2 saat əvvəl
Birmarket-in böyük lotereyasında ilk avtomobil qalibini tapdı
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
11 ayda dövlət büdcəsindən 292,7 milyon manat geri qaytarılıb
Tramp BBC-ni məhkəməyə verib, 10 milyard dollar təzminat tələb edir
Birmarket-in böyük lotereyasında ilk avtomobil qalibini tapdı
Ən çox oxunanlar
İrşad-da “Yaşıl Günlər” başladı!
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub
Baş nazirin sabiq 1-ci müavini Abbas Abbasov axtarışa verilib
Rəsmi məzənnələr açıqlandı
Mağazalar şəbəkəsinin Gəncə, Şəki və Beyləqanda filialı açılacaq
Bu il Azərbaycana 1 milyon ədəddən çox smartfon idxal edilib

















.jpg)






