Azərbaycandan Efiopiyaya genişmiqyaslı biznes səfər təşkil olunacaq
Afrika–Azərbaycan Cooperation təşkilatının təsisçisi və rəhbəri Rəna Qəfərova elan edib ki, bu ilin sonunda Azərbaycan iş adamları, istehsalçıları və ixracatçıları üçün Efiopiyaya genişmiqyaslı biznes səfər təşkil olunacaq.
120 milyondan çox əhalisi ilə Efiopiya Afrikanın ən iri və perspektivli bazarlarından sayılır. Siyasi sabitliyi, iqtisadi inkişafı və xarici sərmayələrə açıq mühiti Azərbaycan sahibkarları üçün yeni imkanlar yaradır.
Azərbaycan və Efiopiya arasında uzunmüddətli əməkdaşlıq mövcuddur. 2023-cü ilin sentyabrında Efiopiya Prezidenti Sahil-Work Zewde Bakıya dövlət səfəri edərək Prezident İlham Əliyevlə görüşüb və ASAN Xidmət modeli ilə tanış olub. Bu da iki ölkə arasında münasibətlərin yüksək səviyyəsini göstərir.
Səfərin proqramına Azərbaycan–Efiopiya Biznes Forumu, B2B və B2G görüşlər, sənaye parklarına ziyarətlər və sektoral müzakirələr daxildir. Bütün təşkilati dəstəyi Afrika–Azərbaycan Cooperation təmin edəcək.
Efiopiya iqtisadiyyatı
- İstehsal: kənd təsərrüfatı, qida emalı, tekstil, dəri, sement, metal emalı.
- İxrac: qəhvə, paxlalılar, gül və çiçəklər, qızıl, yağlı toxumlar, dəri məmulatları.
- İdxal: maşın və avadanlıqlar, elektronika, yanacaq, kimyəvi maddələr, nəqliyyat vasitələri, qida məhsulları.
Afrika–Azərbaycan Cooperation-un fəaliyyəti
2023-cü ildən fəaliyyət göstərən təşkilat BƏƏ, Türkiyə, Rusiya kimi ölkələrdə forumlarda iştirak edib, bu ilin aprelində isə Mərakeşə biznes səfər təşkil edib. Növbəti Efiopiya səfəri təşkilatın Afrikada həyata keçirdiyi ikinci böyük biznes missiya olacaq.
Bu səfər Azərbaycan sahibkarları üçün Afrika bazarına çıxış, tərəfdaşlıq qurmaq və sərmayə imkanlarını dəyərləndirmək baxımından mühüm fürsət yaradacaq.
+99450 210 23 74
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
-
13 d. əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
19 d. əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Ən çox oxunanlar
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı

























