31 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi), Bakı-Göyçay, Bakı-Lənkəran, Bakı-Astara, Mingəçevir-Bərdə və əks istiqamətdə, Mingəçevir-Zaqatala, Şəki-Mingəçevir, Bərdə-Sumqayıt şəhərlərarası, Yəhərçi Qazaxlar kəndi (Goranboy) – Gəncə (avtovağzal), Kür qəsəbəsi (Şəmkir) – Gəncə (avtovağzal), Qaraağaclı kəndi (Goranboy) – Gəncə (Dəmiryol vağzalı) rayonlararası, Qaratoba kəndi – Qusar (avtovağzal), Zərdabi kəndi (Quba) – Heydər Əliyev prospekti (Mərkəzi Bazar), İqrığ kəndi (Quba) – Heydər Əliyev prospekti (Mərkəzi Bazar) rayondaxili, həmçinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə paytaxtın 1, 2, 3, 4 ,5, 6, 10, 11, 13, 14, 40, 104 və 165 nömrəli şəhərdaxili avtobus marşrutlarını müsabiqəyə çıxarır.
AYNA-dan bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli müvafiq qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 30 oktyabr 2025-ci saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində qəbul ediləcək. Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
• İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi), Bakı-Göyçay, Bakı-Lənkəran, Bakı-Astara, Mingəçevir-Bərdə, Bərdə-Mingəçevir istiqamətlərində 9 lot üzrə noyabrın 4-də;
• Mingəçevir-Zaqatala, Şəki-Mingəçevir, Bərdə-Sumqayıt istiqamətlərində 3 lot üzrə noyabrın 7-də;
• Yəhərçi Qazaxlar kəndi (Goranboy) – Gəncə (avtovağzal), Kür qəsəbəsi (Şəmkir) – Gəncə (avtovağzal), Qaraağaclı kəndi (Goranboy) – Gəncə (Dəmiryol vağzalı), Qaratoba kəndi – Qusar (avtovağzal), Zərdabi kəndi (Quba) – Heydər Əliyev prospekti (Mərkəzi Bazar), İqrığ kəndi (Quba) – Heydər Əliyev prospekti (Mərkəzi Bazar) istiqamətlərində 6 lot üzrə noyabrın 18-də;
• paytaxtın 1 nömrəli ("28 May" m/st – "Neftçilər" m/st), 2 nömrəli (Bakı Beynəlxalq Avtovağzal Kompleksi – "Dərnəgül" m/st), 3 nömrəli ("Dərnəgül" m/st – Badamdar qəsəbəsi), 4 nömrəli (Bakı Ağ Şəhər yaşayış sahəsi – Montin yaşayış massivi) və 5 nömrəli ("Nəriman Nərimanov" m/st – "20-ci Sahə" dairəsi) şəhərdaxili avtobus marşrutları üzrə 5 lotda noyabrın 21-də;
• paytaxtın 6 nömrəli ("Azadlıq prospekti" m/st – “20-ci Sahə” yaşayış massivi), 10 nömrəli (Bakı Ağ Şəhər yaşayış sahəsi – Yasamal yaşayış kompleksi (MİDA)), 11 nömrəli (Dəmiryol vağzalı – İbrahim Əbilov küçəsi), 13 nömrəli ("Koroğlu" NMM – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) və 14 nömrəli ("28 May" m/st – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) şəhərdaxili avtobus marşrutları üzrə 5 lotda noyabrın 25-də;
• paytaxtın 40 nömrəli (Sabunçu qəsəbəsi, Sabunçu d/st – Günəşli qəsəbəsi), 104 nömrəli ("Həzi Aslanov" m/st – Yeni Suraxanı qəsəbəsi) və 165 nömrəli (A.M.Şərifzadə küçəsi – Mehdiabad qəsəbəsi) şəhərdaxili avtobus marşrutları üzrə 3 lotda noyabrın 27-də baxılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
3 d. əvvəl
Azərbaycan-Gürcüstan sərhədində gömrük prosedurlarının sadələşdirilməsi müzakirə olunub
-
3 d. əvvəl
Bakı limanında “mafiya filmi” ssenarisi - 3 milyonu aradan çıxardılar
- 1 saat əvvəl
-
1 saat əvvəl
Siqaret qaçaqmalçılığı işi üzrə gəmi kapitanı və daha 2 nəfər həbs edilib
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlar ticarətə buraxılır
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Amazon Web Services" Azərbaycanla birgə işləmək üçün böyük potensial görür
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Şamaxı–Qobustan neftli-qazlı sahə ilə bağlı saziş imzalandı - Macarıstan şirkəti 65%, SOCAR isə 35% paya malikdir
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir - “Gələcəyin oyunları 2025”in açılışı keçirilib
Ən çox oxunanlar
Dekabrın 18-də gözlənilən hava şəraiti
Həmişə sevdiklərimin itkisi ilə sınanmışam!
Avant Park yaşayış kompleksi sakinlərin istifadəsinə verilib - VİDEO



















.jpg)






