Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
Azərbaycanda ilk dəfə olaraq ABB Group şirkətinin məhsulları istehsal ediləcəkBirinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “Eel Electric” MMC ilə ABB Group (Türkiyə) arasında Modulyar Panel Sistemlərinin quraşdırılmasına dair Müqavilə imzalanıb.
Marja xəbər verir ki, müqaviləni “Eel Electric” MMC-nin direktoru Vüsal Mirzəyev və şirkətin ölkə meneceri Mahmud Rzayev imzalayıblar.
Birgə əməkdaşlıq çərçivəsində tərəflər “Eel Electric” MMC-nin Ağdam Sənaye Parkında yerləşən müəssisəsində dünyanın ən tanınmış brendlərindən hesab edilən ABB markalı orta və alçaq gərginlikli elektrik yuvalarının (elektrik sistemlərinin qorunması üçün avtomatlar) istehsalını həyata keçirəcəklər. İstehsal prosesi “ABB Group” şirkətinin qabaqcıl texnologiyası əsasında təşkil ediləcək.
140 ildən çox təcrübəyə malik “ABB Group” şirkəti dünyada elektrikləşdirmə və avtomatlaşdırma sahəsində qlobal texnologiya lideridir. Şirkətin dünya üzrə 110 mindən artıq işçisi var.
Qeyd edək ki, “Eel Electric” MMC Ağdam Sənaye Parkının 1,7 hektar ərazisində elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı ilə məşğul olur.
Müəssisənin illik gücü 600 ədəd ortagərginlikli qurğu, 600 ədəd aşağıgərginlikli qurğu, 150 ədəd monoblok beton yarımstansiya və elektrik avtomobilləri üçün 140 ədəd şarjdoldurma avadanlığın istehsalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
3 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)






.jpg)



