Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu
1300-dən çox könüllü 3,5 hektar ərazini 5 ton tullantıdan təmizləyib.20 sentyabr tarixində “EcoHub” ictimai birliyinin təşkilatçılığı, Coca-Cola, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR), “Carlsberg Azerbaijan”, “McDonald's”, “PwC Azərbaycan”-nın tərəfdaşlığı ilə ənənəvi olaraq keçirilən “Xəzəri Qoruyaq!” adlı genişmiqyaslı ekoloji aksiya başa çatıb.
Ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətli yanaşma vərdişlərini təbliğ etmək məqsədilə baş tutan son aksiyaya müxtəlif dövlət və özəl qurumların əməkdaşları könüllü şəkildə qoşulublar.
Xəzər sahilində müşahidə olunan güclü küləyə baxmayaraq, aksiyada iştirak edən könüllülər sahilin tullantılardan təmizlənməsində fəal iştirak ediblər.
1 sentyabr tarixindən etibarən Xəzərin Lənkəran, Astara, Neftçala, Xaçmaz, Şabran, Siyəzən və Sumqayıt çimərliklərini əhatə edən, 20 sentyabr tarixində Bilgəh çimərliyində yekunlaşan aksiyada 1300-dən çox könüllü 3,5 hektar ərazini 5 ton tullantıdan təmizləyib.
Aksiyanı dəstəkləyən təşkilatlar arasında isə Azərbaycan Dövlət Reklam Agentliyi, “Təmiz Şəhər” ASC, “Global Media Group”, ABŞ-nin Azərbaycandakı səfirliyi, “AmCham”, “ASAN Könüllüləri” Təşkilatı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, ATGTİ, Azərbaycan Skautlar Assosiasiyası, “Yaşıl ASAN”, “ABŞ Təhsilli Azərbaycan Məzunları” ictimai birliyi, “Global Shapers Shamakhi Hub”, “Freken Bok”( Biosphere Corporation), “Smile” və Azərbaycan Jurnalistlər Şəbəkəsi var.
Xatırladaq ki, “Xəzəri Qoruyaq!” şüarı ilə keçirilən ekoloji aksiya bütün dünyada qeyd edilən Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində təşkil edilib. 1986-cı ildə təsis edilən Beynəlxalq Sahilyanı Təmizlik Günü dünyanın 100-dən çox ölkəsində qeyd olunur. Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı beynəlxalq könüllü hərəkatı Azərbaycanda “Xəzəri Qoruyaq!” şüarı ilə artıq 16 ildir ki, təşkil olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
8 d. əvvəl
“Euronews”da Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi haqqında xüsusi veriliş yayımlanıb – Video
-
31 d. əvvəl
Xankəndidə yeni məkan - "Kübar" adlı restoran fəaliyyətə başlayır
- 46 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sərnişinlər artıq yan oturacağı əvvəlcədən bloklaya bilərlər - AZAL-DAN DAHA BİR YENİLİK
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Avropa Bankı AccessBank-a 20 milyon dolları ayırır
bp-yə yeni baş icraçı direktor təyin edildi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Sərnişinlər artıq yan oturacağı əvvəlcədən bloklaya bilərlər - AZAL-DAN DAHA BİR YENİLİK
m10 və Mastercard yeni rəqəmsal kartı təqdim edir
Rəsmi məzənnələr açıqlandı
NATO, 2026-cı il üçün hərbi büdcəsini açıqladı
Bir Bonus lotereyasının qalibləri bəlli oldu - SİYAHI










.jpg)






.jpg)



