“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir
Yeni tərəfdaşlıq çərçivəsində AZAL ilə uçan sərnişinlər Velana Beynəlxalq Hava Limanından (MLE) ölkənin ən iri daxili şəbəkəsinə sahib olan “Maldivian” aviaşirkəti vasitəsilə Maldiv adalarının 17 unikal istiqamətinə rahatlıqla səyahət edə biləcəklər.AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) Maldiv adalarının milli aviaşirkəti “Maldivian” ilə strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıb. Bu əməkdaşlıq AZAL sərnişinləri üçün Maldiv adalarına səyahət imkanlarını daha da genişləndirir.
Marja "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni tərəfdaşlıq çərçivəsində AZAL ilə uçan sərnişinlər Velana Beynəlxalq Hava Limanından (MLE) ölkənin ən iri daxili şəbəkəsinə sahib olan “Maldivian” aviaşirkəti vasitəsilə Maldiv adalarının 17 unikal istiqamətinə rahatlıqla səyahət edə biləcəklər.
Əməkdaşlıq iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə, aviasiya və turizm sahəsində qarşılıqlı inkişafın təşviqinə töhfə verir. Bu tərəfdaşlıq, həmçinin AZAL-ın uçuş şəbəkəsini daha da genişləndirərək Maldiv adalarını səyahətçilər üçün daha əlçatan edir.
“Maldivian” ilə tərəfdaşlıq bizim üçün marşrut şəbəkəmizin genişləndirilməsi və beynəlxalq mövcudluğumuzun gücləndirilməsi istiqamətində mühüm addımdır. Bu əməkdaşlıq Azərbaycan və qonşu ölkələrindən olan sərnişinlərimizə yeni və cəlbedici səyahət imkanları yaradır, Maldiv adaları kimi dünyaca məşhur turizm istiqamətini daha yaxın edir. Əminik ki, bu tərəfdaşlıq gələcəkdə iki aviaşirkət arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün möhkəm platforma rolunu oynayacaq”, — deyə “Azərbaycan Hava Yolları”nın baş kommersiya inzibatçısı Cəmil Manizadə bildirib.
Qeyd edək ki, Maldiv adalarının milli aviaşirkəti “Maldivian” həm geniş daxili şəbəkəsi, həm də beynəlxalq uçuşların həyata keçirilməsi ilə ölkənin aparıcı aviadaşıyıcısıdır. Aviaşirkət 17 yerli hava limanına, eləcə də Hindistan, Çin və digər beynəlxalq istiqamətlərə reyslər yerinə yetirir. “Maldivian”, həmçinin dəniz təyyarəsi xidmətləri də göstərir və bununla sərnişinlərin fasiləsiz daşınmasını təmin edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur






















