Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 2026-cı il yanvarın 1-dən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin tətbiqinə başlamalı və bu prosesi 2028-ci il yanvarın 1-nə qədər başa çatdırmalıdır.
"Marja" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmanda öz əksini tapıb.
Fərmana əsasən, bu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi - 2026-cı il yanvarın 1-dən Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində müntəzəm sərnişin daşınmalarına ehtiyacın və əlçatanlığın təmin edilməsi, sərnişin axınının intensivliyi və ya avtomobil nəqliyyatı xidmətinin davamlılığı nəzərə alınmaqla, Nazirliyin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) müəyyən etdiyi marşrutlar üzrə daşıyıcıların avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma xidmətləri göstərməsi nəticəsində yaranan xərclərinin kompensasiya olunmasını nəzərdə tutan məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin tətbiqinə başlasın və bu prosesi 2028-ci il yanvarın 1-dək başa çatdırmalıdır.
Fərmana əsasən, AYNA və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınmaları həyata keçirən daşıyıcılar arasında bağlanılan avtomobil nəqliyyatı xidməti haqqında müqaviləyə əsasən daşıyıcıların göstərdiyi avtomobil nəqliyyatı xidmətinə görə hesablanan dəyərlə həmin xidmət üçün təsdiq edilmiş gediş haqqına uyğun olaraq sərnişinlərin ödənişlərindən toplanan vəsait arasında mənfi fərq yarandığı təqdirdə, həmin fərq məbləğində Fondun vəsaiti hesabına daşıyıcılara subsidiya ödənilməsini təmin etməli, avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin bağlanılması üçün müntəzəm marşrutlar üzrə avtomobil nəqliyyatı xidməti göstərəcək avtomobil nəqliyyatı vasitələrinə dair tələbləri bir ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməli, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
3 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur










.jpg)









