Birjalarda son vəziyyət
Sentyabrın ilk həftəsi beynəlxalq maliyyə bazarları üçün həm makroiqtisadi, həm də geosiyasi baxımdan əhəmiyyətli hadisələrlə yadda qaldı. ABŞ-da zəif məşğulluq göstəriciləri dolların istiqamətini dəyişdi, Avrozonada inflyasiya və ÜDM məlumatları bazarlara əlavə siqnallar verdi. Ukrayna cəbhəsində artan hərbi gərginlik və Fransadakı siyasi qeyri-müəyyənlik isə Avropa aktivlərində risk payını yüksəltdi.
Avrozonada İnflyasiya: Məqsədə Doğru Dözümlü Eniş
Avropa Mərkəzi Bankı (ECB) üçün ən vacib göstərici olan baza illik İstehlak Qiymətləri İndeksi (İQİ) sentyabr ayının ilkin təxmininə görə 2.9% ilə ölçüldü. Bu rəqəm, bir əvvəlki ayın 3.1% səviyyəsindən və bazarın 3.0% gözləntisindən daha yaxşı gəldi. Ümumi inflyasiya isə 2.4% olaraq proqnozlarla uyğunlaşdı.
Bu nəticə, inflyasiya təzyiqinin davamlı şəkildə azalmağa davam etdiyini təsdiqlədi. ECB-nin iyun ayında başlatdığı faiz endirimləri siyasətini davam etdirmək üçün əlverişli bir mühit yaratdı.
ABŞ: Zəif məşğulluq rəqəmləri faiz endirimlərini gündəmə gətirir
Ötən həftənin ən çox gözlənilən məlumatı, 05 sentyabr cümə günü açıqlanan ABŞ Əmək Bazarı Hesabatı oldu. Nəticələr, bazar iştirakçılarını şoka saldı. Əmək Nazirliyinin hesabatına görə, avqust ayında Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı cəmi 22 min artıb. Bu, son illərin ən zəif nəticələrindən biridir və gözləntilərin xeyli altında qaldı. Eyni zamanda ümumi işsizlik səviyyəsi 4.3%-ə yüksələrək son dörd ilin ən yüksək səviyyəsinə çatdı.
Hesabat, əvvəlki ayların aşağı yönlü yenilənmələri ilə birlikdə ABŞ əmək bazarının momentum itirdiyini göstərdi. Bu zəiflik, 16–17 sentyabrda keçiriləcək FOMC iclasında FED-in faiz endirimlərinə gedəcəyi ehtimalını bazarlarda demək olar ki, qətiyyətli etdi.
NFP rəqəminin gözləntilərin xeyli aşağısında gəlməsi, ABŞ iqtisadiyyatının əmək bazarında əhəmiyyətli bir yavaşlama olduğuna dair ən güclü siqnal oldu. Ancaq əmək haqqı artımının 0.3% ilə davam etməsi, inflyasiya təzyiqinin tamamilə yox olmadığını xatırlatdı. Bu qarışıq mənzərə, Federal Ehtiyatlar Sistemi (FED) üçün "yumşaq eniş" yolunun daraldığını göstərdi.
Nəticədə, EURUSD, GBPUSD məzənnələri bahalaşaraq həftəni 1.17170 və 1.35040 səviyyələrində tamamladılar. USDJPY və USDCHF paritetləri isə ötən həftə üfüqi tendensiya ilə yadda qaldılar.
Bu həftə isə investorları düşündürən əsas sual “Avropa Mərkəzi Bankı cümə axşamı baş tutacaq toplantısında növbəti faiz endiriminə gedəcəkmi?” - olacaq. Bundan başqa Amerikada və Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi və İngiltərədə dərc olunacaq ÜDM hesabatı, Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı kimi xəbərlər birjalara yön verəcək.
EUR
Ötən həftəyə 1.16990 həddində başlayan EURUSD məzənnəsi 1.16080 həddinə kimi ucuzlaşsa da, cümə günü Amerikada açıqlanan əmək bazarı hesabatı sonrası dolların uculaşması fonunda yenidən yüksəldi və ötən həftəni 1.17170 səviyyəsində tamamladı.
Yeni həftəyə də artımla başlayan məzənnədə “buğalar” qiyməti 1.17000 həddinin üzərində saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
Qeyd etmək lazımdır ki, cari həftə ərzində investorlar AMB toplantısında növbəti faiz endirimi olmasa belə Avrozonadın baş bankirinin çıxışında monetar siyasətin gələcəyinə dair ip ucları arayacaqlar.
GBP
GBPUSD məzənnəsi ötən həftə 1.33320 həddinə kimi ucuzlaşa da, həftəni 1.35040 həddində tamamladı. yeni həftənin əvvəlində də bahalaşır.
Cari həftəyə artımla başlayan GBUSD məzənnəsində “buğalar” qiyməti 1.35$ həddinin üzərində qoruyub saxlaya bilsələr, funt-sterling dollar qarşısında öz mövqelərini daha da yaxşılaşdıra bilər.
XAUUSD
Ötən həftənin cümə günü dolların uculaşması fonunda qızıl kəskin bahalaşdı və həftəni 3586$ səviyyəsində artımla başa vurdu. Hazırda 3591$ səviyyəsində ticarət olunan “sarı metal”ın qiyməti 3600$ həddini qırsa, artım tendensiyası daha kəskin xarakter ala bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin Analitikləri tərə
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
3 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
3 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
8 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb



























