Bank BTB “Zolotaya Korona” Liderlər Turniri 2025-in qalibi oldu
“Zolotaya Korona” beynəlxalq pul köçürmə sistemi tərəfindən keçirilən “Liderlər Turniri 2025” çərçivəsində öz qrupunda ən yüksək nəticə göstərərək qalib adını qazanmışdır.
Bu barədə Marja-ya Bank “BTB”dən bildirilibş
Qeyd edilib ki, tTurnirdə iştirak edən banklar onlara təqdim edilən fərdi plan əsasında köçürmələrinin həcmini yerinə yetirməklə rəqabət aparırlar. Qalib isə planı ən yüksək səviyyədə icra edən və rəqabət mühitində üstünlüyünü nümayiş etdirən bank elan olunur.
Bank “BTB” fərdi planı uğurla həyata keçirərək öz qrupunda lider mövqeyini təsdiqləmişdir. Bu uğur bankımızın strateji hədəflərinə sadiqliyini, yüksək peşəkarlığını və müştəri xidmətlərinin keyfiyyətinə verdiyi xüsusi önəmi bir daha göstərir.
Qələbə həmçinin Əməliyyat departamentinin komandasının əzmkar fəaliyyətinin təşkili və rəqabətə davamlı yanaşmasının nəticəsidir.
Bank BTB – nin Əməliyyat departamentinin direktoru Almaz Əsgərova bildirib ki, “Bu uğur yalnız bankımızın deyil, bütün komanda üzvlərinin zəhmətinin bəhrəsidir. Biz müştərilərimizə etibarlı, sürətli və keyfiyyətli xidmət göstərməyi prioritet hesab edirik. Əldə olunan nəticə bu dəyərlərin təsdiqi kimi dəyərləndirilə bilər.”
Bank bütün əməkdaşlarını və dəyərli müştərilərini bu əlamətdar nailiyyət münasibətilə təbrik edir, gələcəkdə daha böyük uğurlar arzulayır.
Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.
Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)








