Türkiyədə illik inflyasiya avqustda 33 faizə yaxın olub
Türkiyə Statistika Qurumunun (TÜİK) açıqladığı istehlakçı və istehsalçı qiymət indekslərinə dair məlumata əsasən, avqust ayında aylıq inflyasiya 2,04%, illik inflyasiya isə 32,95% təşkil edib.Türkiyədə Avqust ayında aylıq inflyasiya 2,04% təşkil edib.
Marja.az Türkiyə Statistika Qurumuna (TÜİK) istinadən xəbər verir ki, illik inflyasiya isə 32,95% səviyyəsində qeydə alınıb. Sorğuda iştirak edən qurumların gözləntiləri avqust ayında aylıq inflyasiyanın 1,75%, illik inflyasiyanın isə 32,60% olması istiqamətində idi.
Xatırladaq ki, iyul ayında aylıq inflyasiya 2,06%, illik inflyasiya isə 32,52% olmuşdu.
TÜİK-in məlumatına görə, eyni dövrdə illik baza inflyasiyası da 33% səviyyəsinə geriləyib. 12 aylıq ortalamalara əsasən isə avqustda inflyasiya 39,62% təşkil edib.
Ən yüksək paya malik üç əsas xərclər qrupunda illik dəyişikliklər belə olub:
- qida və alkoqolsuz içkilərdə 33,28% artım,
- nəqliyyatda 24,86% artım,
- mənzillərdə isə 53,27% artım.
Aylıq dəyişikliklər isə qida və alkoqolsuz içkilərdə 3,02%, nəqliyyatda 1,55%, mənzildə isə 2,66% artım olaraq qeydə alınıb.
Ümumi 143 əsas qruodan avqust ayı üzrə 20-sində azalma müşahidə edilib, 4 qrupda dəyişiklik baş verməyib, 119 qrupda isə artım qeydə alınıb.
İstehsalçı qiymətlərində artım sürətləndi
Avqust ayında istehsalçı qiymət indeksində də artım müşahidə olunub. Aylıq istehsalçı inflyasiyası 2,48%-ə yüksəlib. İyul ayında bu göstərici 1,73% idi.
İllik istehsalçı inflyasiyası isə 24,19%-dan 25,16%-ə qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























