"Monetri" BOKT "TBC Kredit" BOKT-ı satın alıb
Mikro maliyyə sektorunun iki əsas iştirakçıları olan "Monetri" BOKT (keçmiş PSG Finans) və TBC Kredit BOKT-un əldə edilməsi üzrə müqavilə imzalanıb.
"Monetri" BOKT-ın yaydığı məlumatda bildirilir ki, TBC Bank (Gürcüstan) tərəfindən "TBC Kredit" BOKT-ın səhmdarı "Monetri" BOKT-a satılıb. 29 iyul 2025-ci il tarixdə Tbilisi şəhərində TBC Bank Gürcüstanın Baş Direktoru Vaxtanq Butsxiridze və Monetri BOKT-un Müşahidə Şurasının üzvü Yusif Abdullayev arasında səhmlərin alqı-satqısı üzrə müqavilə imzalanmışdır.
TBC Kredit isə 1999-cü ildən etibarən Azərbaycan bazarında fəaliyyət göstərir və mikromaliyyə bazarının ilk iştirakçılarından və yaradıcılarından biri hesab olunur. 2013-cü ildən etibarən ölkədə fəaliyyət göstərən "Monetri "BOKT 25 milyonluq aktivlərinin həcminə görə mikromaliyyə bazarında öncül mövqelərdən birini tutmaqdadır. Bu iki BOKT-un aktivlərinin birləşməsi nəticəsində Monetri BOKT MMC mikro maliyyə sektorunda təxminən 40 milyon manata yaxın aktiv portfeli ilə fəaliyyət göstərəcək və bazar payını əhəmiyyətli dərəcədə artıracaqdır.
Birləşmənin əsas məqsədi resursların birləşdirilməsi, əməliyyat səmərəliliyinin artırılması və müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Bu addım həmçinin regionlarda daha geniş maliyyə əlçatanlığı təmin edəcək və mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək verəcək. Eyni zamanda, birləşmiş komanda təcrübə və peşəkarlıq baxımından mikro maliyyə sektorunda güclü sinerji yaradaraq innovativ məhsul və xidmətlərin inkişafına təkan verəcəkdir.
TBC Kredit müştəriləri kredit öhdəliklərini rahat şəkildə TBC Kreditin baş ofisinə və ya Monetri BOKT-un bütün filial və nümayəndəliklərinə yaxınlaşaraq yerinə yetirə və kreditlərini yeniləyə bilərlər.
Həmçinin bu yanaşma birləşmədən sonra müştəri məmnuniyyətini qorumağa və xidmətlərin fasiləsizliyini təmin etməyə yönəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
31 d. əvvəl
"Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoyub"
- 36 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Makron: Avropa Putinlə dialoqu bərpa etməlidir
Azərbaycan şirkəti müflis elan olunacaq
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
Ən çox oxunanlar
5-ci böyük bank qazancını bölüşdürməyə hazırlaşır
Rəsmi məzənnələr açıqlandı
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Amazon Web Services Azərbaycanda
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb










.jpg)








