Artıq Azərbaycana idxal olunan minik avtomobillərinin yarısı hibrid və plagin-hibrid modellərdir
Azərbaycana hibrid və plagin-hibrid avtomobillərin idxalı 2 dəfədən çox artıb.2025-ci ilin 7 ayı ərzində (yanvar-iyul) Azərbaycana 1 milyard 170 milyon 991 min dollar dəyərində 63 min 401 ədəd nəqliyyat vasitəsi idxal olunub.
Marja.az Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə say ifadəsilə 12 min 222 ədəd və ya 23,9%, məbləğ ifadəsilə 227 milyon 199 min dollar və ya 24% çoxdur.
İdxal olunan minik avtomobillərinin sayı ötən ilin 7 ayında 46 min 17 ədəd ikən, 2025-ci ilin 7 ayında 58 min 44 ədəd təşkil edib (12 min 27 ədəd və ya 26 faiz artıb).
O cümlədə, bu ilin bu ilin 7 ayında Azərbaycana 31 min 138 ədəd hibrid (hybrid), plagin-hibrid (Plug-In Hybrid) və tam elektrik (elektromobil) nəqliyyat vəasitəsi idxal olunub. Bu rəqəm ötən ilin 7 ayında 14 min 860 ədəd idi (2,1 dəfə artıb).
2025-ci ilin 7 ayı ərzində (yanvar-iyul) Azərbaycana idxal olumuş minik avtomobillərinin 54 faizini hibrid, plagin-hibrid və tam elektrik nəqliyyat vasitələri, 34 faizini plagin-hibrid avtomobillər təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur



















.jpg)


