Qlobal bazarlar Tramp-Putin görüşünü gözləyir -GÜNƏ BAXIŞ
Böyük Britaniyada və Avrozonada ÜDM göstəricilərinin açıqlanması ərəfəsində dollar major valyutalar qarşısında bir qədər ucuzlaşıb.
Dünən EUR/USD valyuta cütlüyü 1.16700 həddindən 1.17300 həddinə kimi bahalaşıb. Lakin, bu gün məzənnə geriləyərək 1.17000 həddinə qədər eniş sərgiləyib. GBP/USD cütlüyü isə 1.34920 səviyyəsindən 1.35910 səviyyəsinə kimi yüksəlib.
Bazar iştirakçıları ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında cümə günü Alyaskada keçiriləcək görüşü gözləyirlər. Tramp çərşənbə günü bəyan edib ki, əgər Alyaskadakı danışıqların nəticəsində Rusiya döyüş əməliyyatlarını dayandırmağa hazır olduğunu bildirməsə, ona qarşı tədbirlər görüləcək. Bununla belə, o, söhbətin konkret hansı nəticələrdən getdiyini dəqiqləşdirməkdən imtina edib. Bundan əvvəl ABŞ maliyyə naziri Skott Bessent demişdi ki, sammit nəticəsiz başa çatsa, Vaşinqton sanksiyalardan və ikinci dərəcəli rüsumlardan istifadə edə bilər.
“Bitcoin” yeni rekord müəyyən edərək 124 min 552 dollara qədər (+3.15%) yüksəlib. BTC-nin bazar kapitallaşması 2.4 trilyon dollar həddini keçərək onu dünyanın ən böyük 5 aktivindən birinə çevirib. Bu kəskin artımı ABŞ əmək bazarı üzrə zəif göstəricilər və inflyasiyanın yavaşlaması fonunda FED-in tezliklə faiz dərəcəsini endirəcəyi proqnozları dəstəkləyib.
Çərşənbə axşamı dərc olunan statistik məlumatlara əsasən, ABŞ-da iyul ayında inflyasiya əvvəlki ayla müqayisədə dəyişməyib və illik ifadədə 2.7% təşkil edib. Bunun fonunda investorların FED-in sentyabr ayında keçiriləcək iclasında faiz dərəcəsini azaldacağına dair inamı kəskin artdı. Faiz dərəcəsi üzrə fyuçers kotirovkalarına əsasən, bazar, tənzimləyici qurumun qarşıdakı iclasda uçot dərəcəsini 25 baza bəndi azaldacağı ehtimalını demək olar ki, 98% olaraq qiymətləndirir.
Eyni zamanda ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, mərkəzi bank faiz dərəcəsini 50 baza bəndi azaltmağı nəzərdən keçirməlidir. O qeyd edib ki, FED, əgər əmək bazarı ilə bağlı düzgün məlumata malik olsaydı, yəqin ki, artıq iyun və iyul aylarında dərəcəni endirərdi. Xatırladaq ki, avqustun 1-də Əmək Nazirliyi ABŞ-da may və iyun aylarında yeni iş yerlərinin sayı ilə bağlı göstəriciləri kəskin şəkildə aşağı istiqamətdə yeniləmişdi.
Həmçinin, çərşənbə günü açıqlanan məlumatlara görə, Almaniyada iyul ayında Avropa İttifaqı standartlarına uyğun harmonizə edilmiş istehlak qiymətləri ötən ilin eyni ayına nisbətdə 1.8% artıb.
Bu gün ÜDM göstəricilərindən əlavə Böyük Britaniyada dərc olunacaq Sənaye Sektorunda İstehsal Həcmi və Ticarət Saldosu, Avrozonada açıqlanacaq Sənaye Sektorunda İstehsal Həcmi, eləcə də ABŞ-da dərc olunacaq İstehsal Qiymətləri İndeksi və İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı investorların diqqət mərkəzində olacaq. Eləcə də, Bakı vaxtı ilə saat 21:00-da ABŞ prezidenti Donald Trampın çıxışı bazar iştirakçılarının marağına səbəb olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
3 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
4 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
6 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 7 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır






.jpg)






.jpg)











