"AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı yekun rəy bu ilin sonuna qədər açıqlanacaq"
Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların gedişini şərh edib.
“Kazinform” agentliyi xəbər verir ki, onun sözlərinə görə, Qazaxıstan Nəqliyyat Nazirliyi intensiv işləyir və mütəxəssislər müxtəlif ölkələrdən olan beynəlxalq ekspertlərlə əməkdaşlıq edərək yeni bacarıqlara yiyələniblər.
“Avadanlıqların bir qismi ekspertiza üçün hələ də xaricdədir və tezliklə geri gətiriləcək. Təhlillər başa çatmaq üzrədir, ekspertlər yekun hesabatın hazırlanmasına davam edir. Düşünürəm ki, səbirli olmaq lazımdır. Yekun hesabat bir neçə aya hazır olacaq”, -deyə Baş nazirin müavini bildirib.
O əlavə edib: “Siyasiləşdirmək istəmədiyim yeganə məsələ təyyarənin necə zədələnməsidir. Bu suallara hüquq-mühafizə orqanları tərəfindən aparılan partlayıcı texniki ekspertiza cavab verməlidir. Bildiyimə görə, onlar qəzaya uğrayan təyyarənin füzelyajında aşkarlanan eyni zərbə elementləri ilə xidmətdə müxtəlif silah növləri olan digər ölkələrə sorğu göndəriblər. Buna görə də ilin sonuna qədər həqiqət aşkar ediləcək, bütün tələblər hərfinə, nöqtəsinə qədər yerinə yetiriləcək”.
Dekabrın 25-də Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus təyyarə Manqistau vilayətinin Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5-i ekipaj üzvü olmaqla 67 nəfər olub. Faciə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Ölənlər arasında altı Qazaxıstan vətəndaşı da var.
Dekabrın 30-da Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) "Azərbaycan Hava Yolları"nın 8243 saylı reysinin faciəvi qəzası ilə bağlı hərtərəfli, qərəzsiz və şəffaf araşdırmaya çağırıb. Fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi qəza ilə bağlı araşdırma ilə bağlı ilkin hesabatı dərc edib.
© Azərtac
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
-
14 d. əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
20 d. əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Ən çox oxunanlar
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı


























