“Radius” Babək prospektində yeni filialı ilə avtomobil sektoruna və iqtisadiyyata yeni tövhə verir
Yeni filial saatda 20 avtomobilə xidmət göstərmək qabiliyyətinə malikdir. İllik 37 mindən çox nəqliyyat vasitəsini qəbul etmək və 150 minədək təkər təchizatını hədəflənir.Azərbaycanın avtomobil təkər və xidmət bazarında aparıcı milli brend “Radius Plus” MMC fəaliyyətinin növbəti mərhələsini qeyd edir.
Paytaxtın strateji nəqliyyat arteriyalarından biri olan Babək prospektində 6500 kvadratmetrlik yeni filial istifadəyə verilib. Bu addım - şirkətin 11 illik təcrübəsini daha da gücləndirərək, genişlənən filiallar şəbəkəsi modeli ilə ölkənin avtomobil xidmətlərində qabaqcıl mövqeyini möhkəmləndirməsinə xidmət edir.
Yeni filial saatda 20 minik avtomobilinə xidmət göstərmə qabiliyyətinə malik olmaqla yanaşı, illik 37 mindən çox nəqliyyat vasitəsini qəbul etməyi və 150 minədək təkər təchizatını hədəfləyir. Bu isə avtomobil sektorunda böyük həcmdə məhsul və xidmət dövriyyəsi yaratmaqla iqtisadiyyatın digər sahələrinə də əlavə təkan verir.
“Radius”un biznes modeli istehsalçı firmalardan birbaşa idxal, yüksək standartlara cavab verən depolama, peşəkar konsultasiya və müasir texnologiyalarla sürətli xidmətin birləşməsindən ibarətdir. Bu model şirkətə bazarda 40-dan çox beynəlxalq təkər brendinin 280 ölçüdə on minlərlə şin ehtiyatını depolamağa və müxtəlif müştəri seqmentlərinə yüksək keyfiyyətli məhsul təqdim etməyə imkan verir.
Yeni filialın inşasında yerli memarlar ilə Almaniyanın 100 illik təcrübəyə malik sənaye tərəfdaşının əməkdaşlığı mühüm rol oynayıb. Kompleks müasir sənaye memarlığı və urbanistik standartlara cavab verir, həmçinin ekoloji tələbləri nəzərə alaraq davamlı inkişaf prinsipinə sadiq qalır.
“Radius”un genişlənməsi ilə bağlı yaradılan 100-dən artıq yeni iş yeri Azərbaycanın məşğulluq səviyyəsinin artmasına və yerli iqtisadi fəallığın güclənməsinə əhəmiyyətli töhfə verəcək. Şirkətin eqalitar meritokratiya prinsipi əsasında formalaşan idarəetmə sistemi və dinamik komandası innovasiya və məhsuldarlığın yüksəldilməsinə şərait yaradır.
Bundan əlavə, “Radius” sosial məsuliyyətini dərindən anlayaraq yol təhlükəsizliyi və təkərlə bağlı maarifləndirmə kampaniyalarını sosial media və radio platformalarında aktiv şəkildə həyata keçirir. Bu təşəbbüslər ölkədə nəqliyyat mədəniyyətinin inkişafına və ekoloji bilincin artırılmasına xidmət edir.
“Radius Plus” MMC-nin yeni filialı avtomobil sənayesində milli biznes modelinin uğurlu nümunəsi kimi ölkənin iqtisadi diversifikasiyasına, təhlükəsizlik standartlarının yüksəldilməsinə və dayanıqlı inkişafına əhəmiyyətli töhfə verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
- 26 d. əvvəl
- 35 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sərnişinlər artıq yan oturacağı əvvəlcədən bloklaya bilərlər - AZAL-DAN DAHA BİR YENİLİK
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Bank” POS-terminallarında "UnionPay" kartlarla ödəniş qəbulunu təqdim edir
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Avropa Bankı AccessBank-a 20 milyon dolları ayırır
bp-yə yeni baş icraçı direktor təyin edildi
Sərnişinlər artıq yan oturacağı əvvəlcədən bloklaya bilərlər - AZAL-DAN DAHA BİR YENİLİK
m10 və Mastercard yeni rəqəmsal kartı təqdim edir
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
NATO, 2026-cı il üçün hərbi büdcəsini açıqladı
Bir Bonus lotereyasının qalibləri bəlli oldu - SİYAHI
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib













.jpg)



.jpg)
