PAŞA Kapital ilə illik 10.5%-dək gəlirli PAŞA Bank istiqrazlarına investisiya fürsəti
(®) 2025-ci ilin ilk yarımilinin nəticələrinə əsasən 24.4 milyard AZN-dən artıq dövriyyə həcmi ilə kapital bazarlarındakı lider mövqeyini bir daha təsdiqləyən PAŞA Kapital, ölkənin aparıcı və etibarlı maliyyə qurumlarından biri olan PAŞA Bank-ın 40 milyon AZN həcmində istiqrazlarına abunə yazılışına start verir.
18 ildən artıqdır ki, ölkənin aparıcı kommersiya banklarından biri olmaqla yanaşı, korporativ maliyyə sahəsində etibarlı tərəfdaş kimi tanınan PAŞA Bank ilk dəfə olaraq istiqraz emissiyasını geniş ictimaiyyət üçün açıq elan edir. Kapital bazarının inkişafında növbəti vacib mərhələ kimi dəyərləndirilən bu emissiya, həm yeni investorların cəlb edilməsi, həm də maliyyə alətlərinin çeşidinin artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Həm fərdi, həm də hüquqi investorlar üçün sabit və yüksək gəlirli investisiya fürsəti yaradan, həmçinin istənilən vaxt alqı-satqı imkanı təqdim edən, bu istiqrazların əsas xüsusiyyətləri:
Nominal dəyər: 1.000 AZN
(Minimum sifariş məbləği – 10. 000 AZN);
Gəlirlilik faizi: İllik 10.5%-dək;
Ödəniş müddəti: Rüblük
Tədavül müddəti: 12 ay
Növü: Sənədsiz, adlı, faizli, təmin edilməmiş
İstiqrazları əldə etmək istəyən şəxslər 12 avqust 2025-ci il tarixinədək PAŞA Kapital-ın onlayn müraciət platforması – https://www.pashacapital.az/trading/pashabank vasitəsilə abunə yazılışında iştirak edə bilərlər.
Qeyd edək ki, PAŞA Bank istiqrazları rəqabətli yerləşdirmə üsulu ilə təklif olunur. Tələb təklifi üstələdiyi halda, daha yüksək qiymətlə daxil olmuş sifarişlərə üstünlük veriləcəkdir.
PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
10 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur

















.jpg)



