HİV məğlub edildi - İlk dəfə 100% qorunma təmin edən dərman təsdiqləndi
ABŞ Qida və Dərman İdarəsi ilk dəfə HİV-dən 100% qoruma təmin edən dərmanı təsdiqləyib.ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) "Yeztugo" brendi altında satılan və ildə iki dəfə vurulan iynələr ilə 100% qorunma təklif edən ilk HİV dərmanını təsdiqləyib.
Marja.az Gilead şirkətinin məlumatına istinadən xəbər verir ki, bu, bütün dünyada milyonlarla insanın həyatını xilas edən əlamətdar nailiyyətdir. Hazırda HİV infeksiyasına hər il 1,3 milyon insan yoluxur.
"Yeztugo" vaksini virusun hüceyrələrə daxil olmasına imkan vermir və yoluxmanı tam bloklayır. Hər altı ayda bir inyeksiya qoruyucusuz (prezervativsiz) cinsi əlaqə zamanı belə qoruma təmin edir. Yan təsirləri azdır, effektivliyi klinik sınaqlarla təsdiqlənib.
İstehsalçılar ABŞ-da və kənarda dərmana əlverişli çıxışı təmin edirlər, artıq onu istehsal və tədarük etmək üçün altı lisenziya müqaviləsi imzalanıb.
"Yeztugo" lenakapavir (lenacapavir) kapsid inhibitorudur (capsid inhibitor). 2024-cü ildə “Science” jurnalı lenakapaviri "İlin İxtirası" adlandırıb.
QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) insanda HİV-infeksiyasının səbəb olduğu immunsisteminin zəifləməsi nəticəsində ortaya çıxan simptomların kombinasiyasını ifadə edir.
HİV və QİÇS dünyada milyonlarla insanı əhatə edən və immunitet sistemini zəiflədən ciddi, həyati təhlükəyə səbəb ola biləcək qədər şiddətli sağlamlıq problemidir. HİV bədənə daxil olduqdan sonra immunitet sisteminə hücum edir, insanın infeksiyalara və xəstəliklərə qarşı müdafiəsini zəiflədir. Bədənə daxil olan HİV vaxtında müalicə olunmazsa, daha da ağırlaşaraq QİÇS kimi tanınan daha ciddi xəstəliyə səbəb olur. QİÇS zamanı orqanizm hətta ən sadə infeksiyaların belə öhdəsindən gələ bilməyəcək qədər zəifləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























