“Expressbank”ın son maliyyə vəziyyəti açıqlanıb - 4,3 MİLYON MANAT XALİS MƏNFƏƏT
“Expressbank” ASC 2025-ci ilin 1-ci yarısını (yanvar-iyun) 4 milyon 298 min manat xalis mənfəət ilə başa vurub. Bank 2024-cü ilin eyni dövrünü 6 milyon 19 min manat xalis mənfəət ilə bağlamışdı. “Expressbank”ın xalis mənfəətinin 1 milyon 721 min manat və ya 28,6% azalması bu ilin ilk 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara daha böyük məbləğdə vəsait ayrması ilə əlaqədardır. İlk 6 ayda “Expressbank”ın faiz gəlirləri və onun hesabına əməliyyat mənfəəti artıb.
FAİZ GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2025-ci ilin ilk 6 ayı ərzində 2024-cü ilin ilk 6 ayı ilə müqayisədə “Expressbank” faiz gəlirləri 7 milyon 444 min manat və ya 23,1% artaraq 39 milyon 629 min manat, qeyri-faiz gəlirləri isə 505 min manat və ya 5,2% azalaraq 9 milyon 271 min manat təşkil edib.
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
“Expressbank” 2025-ci ilin 1-ci yarısında 10 milyon 585 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 777 min manat və ya 7,9% çoxdur.
Bu il “Expressbank”ın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırdığı məbləğ 2,3 dəfə artaraq 5 milyon 18 min manat təşkil edib.
KREDİT PORTFELİ BÖYÜYÜB
2025-ci ilin ilk 6 ayında “Expressbank”ın kredit portfeli 689 min manat artaraq 502 milyon 649 min manata çatıb. O cümlədən, bankın biznes kreditləri portfeli 4 milyon 673 min manat, ipoteka kreditləri portfeli 4 milyon 226 min manat artıb, istehlak kreditləri portfeli 8 milyon 211 min manat azalıb.
30 İyun 2025-ci il tarixində “Expressbank” ASC 614 milyon 16 min manat cəmi aktivlərə malik olub.
BANKDA CƏMİ DEPOZİTLƏR ARTIB
2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ilin ilk 6 ayı ərzində “Expressbank”da depozitlər 15 milyon 718 min manat və ya 6% artaraq 277 milyon 809 min manata yüksəlib. O cümlədən, fiziki şəxslərin depozitləri 34 milyon 872 min manat artaraq 237 milyon 191 min manata qalxıb, üquqi şəxslərin depozitləri 19 milyon 155 min manat azalaraq 40 milyon 617 min manata düşüb.
137 MİLYON MANATA YAXIN MƏCMU KAPİTALI VAR
30 iyun 2025-ci il tarixində “Expressbank” ASC 136 milyon 678 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
57 d. əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
2 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
2 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
2 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar









.jpg)





.jpg)

