Ukrayna öz yeraltı qaz anbarında Avropa üçün Azərbaycanın təbii qazının saxlanmasını təklif edir
Ukrayna Azərbaycania təbii qazın hasilatı, saxlanması və nəqli sahələrində əməkdaşlığı genişləndirmək üçün potensial görür.
Bu barədə Ukrayna Energetika Nazirliyinin Bakıda Azərbaycan Respublikası və Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası komissiyanın 13-cü iclasının yekununa dair məlumatında bildirilir.
"Biz qaz sektorunda əməkdaşlığın yeni formatlarına açığıq. Xüsusilə Ukrayna beynəlxalq qaz anbarı üçün öz yeraltı qaz anbarlarını təklif edir. Bizim yeraltı qaz anbarlarımız Avropada ən böyüyüdür və gömrük anbarı rejimi altında xarici şirkətlərin ixtiyarına verilir", - deyə komissiyanın Ukrayna tərəfindən həmsədri, energetika naziri German Qaluşenko bildirib.
Qeyd edib ki, nəqliyyat dəhlizlərinin, xüsusilə Orta Dəhlizin təkmilləşdirilməsi yolu ilə hər iki ölkənin tranzit potensialının inkişafına xüsusi diqqət yetirilib.
"Biz Azərbaycan xalqının Ukrayna ilə həmrəyliyini yüksək qiymətləndiririk. Energetika sektoruna dəstək xüsusilə vacib idi və bu, çətin şəraitdə enerji sistemimizin sabitliyini təmin etməyə kömək etdi", - deyə energetika nazirinin müavini Nikolay Kolesnik qeyd edib. Onun sözlərinə görə, yol xəritəsinin imzalanması ilə yanaşı, tərəflər əməkdaşlığın gələcək addımlarını da müzakirə ediblər. Onların arasında birgə enerji layihələri, bərpaolunan enerjinin inkişafı və Ukrayna şirkətlərinin Azərbaycanın enerji infrastrukturunun modernləşdirilməsinə cəlb edilməsi kimi məsələlər var. "Ukrayna Azərbaycan şirkətləri ilə enerji, infrastruktur və innovasiya sahələrində tərəfdaşlığın gücləndirilməsində maraqlıdır. Biz yeni investisiyalara və layihələrə açığıq", - deyə nazir müavini əlavə edib.
Mykola Kolesnik, həmçinin Ukraynanın dövlət və özəl şirkətlərinin birgə enerji layihələrinə, xüsusən SOCAR və digər azərbaycanlı tərəfdaşlarla birgə fəaliyyətə qoşulmağa hazır olduğunu qeyd edib.
"Ukrayna və Azərbaycan enerji sektorunda strateji tərəfdaşlığı gücləndirmək istəklərini təsdiqləyiblər ki, bu da əməkdaşlıq üçün yeni perspektivlər açır və dövlətlərin enerji təhlükəsizliyini artırır", - deyə məlumatda vurğulanır.
© AzərTac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur




















