Çinin Sian limanında ilk dəfə Azərbaycanın nümayəndəsi təyin edildi və konteyner meydançası açıldı - ANLAŞMA
Siana təyin edilən ADY nümayəndəsi və konteyner meydançası əməkdaşlığın gücləndirilməsini, yük daşımalarının daha sürətli və səmərəli təşkili üçün operativ müzakirələrin aparılmasını, müvafiq addımların atılmasını təmin edəcək.“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə Çinin “Xi'an Free Trade Port Construction and Operation Co., Ltd.” şirkəti (Sian Limanı) arasında Anlaşma Memorandumu imzalanıb.
ADY nümayəndə heyətinin Çinə işgüzar səfəri çərçivəsində imzalanmış sənədə əsasən, ADY-nin Sian Limanında nümayəndəsi təyin edilib və konteyner meydançası açılıb.
ADY-nin yaydığı məlumatda bildirilir ki, tərəflər bu sənədlə dəmir yolu nəqliyyatı və tranzit sahəsində, eləcə də rəqəmsal layihələrin icrası istiqamətində yeni əməkdaşlıq istiqamətlərini müəyyən ediblər.
ADY sədri Rövşən Rüstəmov Sian şəhərinin meri Ye Niu Pin və Sian Limanının rəsmiləri ilə görüşdə Azərbaycan və Çin arasında tranzit daşımaları və Orta Dəhlizin inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsinin artıq günün tələbinə çevrildiyini, Prezident İlham Əliyevin bu ilin aprelində Çinə səfərinin və bu səfər çərçivəsində hərtərəfli strateji əlaqələrin inkişafı üçün imzalanmış birgə sənədin “Kəmər və Yol Təşəbbüsü” çərçivəsində birgə fəaliyyətə mühüm töhfə verdiyini qeyd edib.
ADY sədri son dövrdə Azərbaycan Dəmir Yolları və Sian Limanının rəhbərlikləri arasında baş tutmuş görüşləri xatırladaraq danışıqların artıq nəticə verdiyini və ortaq təşəbbüslərin icrasına başlanıldığını bildirib.
Rövşən Rüstəmov Anlaşma Memorandumunun imzalanmasını, bu sənəd çərçivəsində Sian Limanında ADY nümayəndəsinin təyin edilməsini və illik yükaşırma gücü 20 000 TEU olan konteyner meydançasının açılmasını, ADY nümayəndələrinin sürətli məlumat mübadiləsi üçün Sian Limanının əməliyyat sisteminə girişlə təmin edilməsini Orta Dəhlizin imkanlarının genişləndirilməsi və bu dəhlizlə yük axınlarının artırılması üzrə əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm addım adlandırıb.
ADY sədri həmçinin çinli tərəfdaşlara Bakı Beynəlxalq Dəniz Limanı barədə geniş məlumat verib. Qeyd olunub ki, Asiya və Avropa arasında yük axınının təmin edilməsində mühüm rol oynayan Bakı Beynəlxalq Dəniz Limanı bu yaxınlarda rəsmi olaraq ADY-nin strukturuna inteqrasiya edib və bu addım liman-dəmiryol əməliyyatlarının daha səmərəli koordinasiyasına, kompleks və optimallaşdırılmış logistika xidmətləri təqdim etməyə imkan verir.
“Xi'an Free Trade Port Construction and Operation Co., Ltd.” şirkətinin baş direktoru Yuan Syaodzyun ADY-nin Sian Limanında nümayəndəsinin təyini və konteyner meydançasının yaradılmasına dəstəyini ifadə edib. Bildirib ki, Siana təyin edilən ADY nümayəndəsi və konteyner meydançası əməkdaşlığın gücləndirilməsini, yük daşımalarının daha sürətli və səmərəli təşkili üçün operativ müzakirələrin aparılmasını, müvafiq addımların atılmasını təmin edəcək.
Eyni zamanda, ADY və “Xi'an Free Trade Port Construction and Operation Co., Ltd.” şirkəti Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə konteyner qatarlarının təşkili, Orta Dəhliz boyunca dəmir yolları, limanlar və Xəzər dənizi üzərindən daşımaların keçid qabiliyyətinin artırılması, Bakı–Tbilisi–Qars dəmir yolu xətti vasitəsilə Türkiyə və Avropaya çıxış imkanlarının genişləndirilməsi, data əsaslı hərəkət qrafikinin hazırlanması ilə əlavə yük axınının cəlb edilməsi üzrə əməkdaşlığın genişləndirilməsi üçün ortaq fəaliyyət istiqamətlərini təsdiqləyiblər.
Həmçinin tərəflər rəqəmsallaşma sahəsində daha geniş əməkdaşlıq məqsədilə real vaxt rejimində yük daşımalarının izlənməsi və məlumatların elektron mübadiləsi sisteminin yaradılması istiqamətində birgə işləməyə razılaşıblar.
"ADY-nin beynəlxalq əlaqələrini, xüsusilə Çinin Sian Limanı ilə mövcud əməkdaşlığını daha da genişləndirəcək bu mühüm sənəd Azərbaycanla Çin arasında dəmir yolu sahəsində iş birliyinin güclənməsinə və Orta Dəhliz üzrə daşımaların səmərəliliyinin artırılmasına töhfə verəcək",- məlumatda bildirilir.
Qeyd edilib ki, 2024-cü ilin mart ayında Orta Dəhlizlə Sian Limanından birinci konteyner blok-qatarı yola salınıb. İlk qatar Bakıyadək məsafəni 11 günə qət edib. Ötən ilin noyabrında isə Azərbaycandan Çinin Sian Limanına ilk ixrac blok-qatarı ilə 62 ədəd 40 futluq konteyner yola salınıb. Hazırda ayda iki blok-qatar Bakıdan Siana göndərilir. Nəticə etibarilə yerli sahibkarlar üçün yüklərini birbaşa Çin bazarına çıxarmaq imkanı yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
3 d. əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
1 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
2 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
2 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
2 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
2 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
3 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Ən çox oxunanlar
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR










.webp)






.jpg)






.jpg)

