“SOCAR Green”, “ACWA Power” və “Masdar” şirkətlərinin birgə iştirakı ilə Xəzərdə külək enerjisi stansiyası tikiləcək
Vyanada Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığının energetika nazirlərinin görüşü olub. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının ilin dördüncü rübündə istifadəyə verilməsi ilə bağlı məsələlə müzahirə edilib.Vyanada OPEC tədbiri çərçivəsində energetika naziri Pərviz Şahbazovla Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud arasında görüş keçirilib.
Energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud ilə görüşdə OPEC+ formatı, eləcə də ikitərəfli çərçivədə enerji əməkdaşlığı məsələləri müzakirə edilib. Birgə Texniki Komissiyanın bu ilə planlaşdırılan 4-cü iclasına toxunulub. Səudiyyə şirkətləri və SOCAR arasında karbohidrogen sektorunda əməkdaşlıq potensialı nəzərdən keçirilib.
Söhbət zamanı “yaşıl enerji” tərəfdaşlığı çərçivəsində layihələrin icra vəziyyəti də dəyərləndirilib. 240 MVt-lıq “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının ilin dördüncü rübündə istifadəyə verilməsi ilə bağlı məsələlər, həmçinin “SOCAR Green”, “ACWA Power” və “Masdar” şirkətlərinin birgə iştirakı ilə Xəzər dənizində 3,5 QVt gücündə külək enerjisi və digər bərpa olunan enerji layihələrinin icrasına dair fikir mübadiləsi aparılıb. Bu layihələrin inkişafı istiqamətində növbəti addımlar müəyyənləşdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
11 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur



















.jpg)
