"AS Group" və "BI Group" şirkətləri "4You Baku" premium yaşayış kompleksini ictimaiyyətə təqdim etdilər
Azərbaycanın aparıcı şirkətlərindən olan “AS Group” ilə Mərkəzi Asiyanın qabaqcıl developer şirkətlərindən biri sayılan “BI Group” strateji tərəfdaşlıq çərçivəsində həyata keçirəcəkləri "4You Baku" premium yaşayış kompleksi layihəsini ictimaiyyətə təqdim etdilər.
Təqdimat mərasimi Qazaxıstan Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri Alim Bayelin açılış nitqi ilə başladı. Səfir, iki ölkə arasında möhkəmlənən iqtisadi və mədəni əlaqələrin bu kimi layihələrlə daha da dərinləşdiyini vurğuladı.
Daha sonra “AS Group” şirkətinin təsisçisi Şahin Mövsümov və “BI Group” şirkətinin baş direktoru Aydın Rahimbayev çıxış edərək, tərəfdaş şirkətlərin regionda reallaşdırdığı layihələr, eləcə də “4You Baku” kompleksinin iqtisadi və memarlıq baxımından əhəmiyyəti haqqında ətraflı məlumat verdilər.
Layihənin memarı, Türkiyənin məşhur Reta Project şirkətinin rəhbəri Hayr Baysak isə “4You Baku” kompleksinin dizayn xüsusiyyətləri, funksionallığı və müasir şəhərsalma prinsiplərinə uyğunluğu barədə təqdimatla çıxış etdi.
Tədbirdə şəhərsalma və daşınmaz əmlak sahəsinin ekspertləri, media nümayəndələri, blogerlər, ictimai xadimlər, iştirak edirdilər. "4You Baku" layihəsinin ilkin satış mərhələsinə də məhz bu tədbir çərçivəsində rəsmi olaraq start verildi.
Qonaqlar üçün maraqlı və interaktiv fəaliyyətlər də təşkil olunmuşdu: lotereya çəkilişində qaliblər müəyyən olunaraq xüsusi hədiyyələrlə mükafatlandırıldılar, virtual reallıq (VİAR) texnologiyası vasitəsilə layihənin məkanına immersiv baxış imkanı yaradıldı. Tədbir zövqlə hazırlanmış furşet və musiqili-bədii proqramla davam etdi.
1995-ci ildə əsası qoyulmuş “BI Group” indiyədək doqquz ölkədə layihələr həyata keçirmiş və 7 milyon kvadratmetrdən artıq yaşayış sahəsi inşa edərək, təxminən 500 min Qazaxıstan vətəndaşını mənzillə təmin etmişdir. Holdinq yaşayış, kommersiya və infrastruktur tikintisini, eləcə də sənaye layihələri və daşınmaz əmlakın idarə olunması sahələrini inkişaf etdirir. Hazırda şirkət Mərkəzi Asiya və Qafqaz ölkələrində, həmçinin ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərir.
“AS Group” 2003-cü ildən etibarən dövlət və özəl sektor üçün kompleks layihələrin icrasında öncül rol oynayır. Şirkət tikinti, daşınmaz əmlak, kənd təsərrüfatı, sənaye, nəqliyyat-logistika, bərpa olunan enerji və HoReCa sahələrində uğurla fəaliyyət göstərir. “AS Group” eyni zamanda, beynəlxalq layihələr vasitəsilə ölkəyə xarici investisiyaların cəlb olunmasında da mühüm töhfələr verir. Şirkət və onun layihələri haqqında daha ətraflı məlumat almaq üçün www.asgroup.az saytına daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
2 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)



