"Dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisinə hazırlıq işlərini tamamlayırıq"
Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti Azərbaycanda içməli su istehsalı üçün dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisi layihəsinin sənədləşdirilməsinə hazırlıq işlərinin yekun mərhələsindədir.
Bu barədə “ACWA Power”in biznesin inkişafı üzrə direktoru Polina Lyubomirova 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində bildirib.
"ACWA Power” üçün Azərbaycanda hərtərəfli tərəfdaş kimi mövcud olmaq son dərəcə vacibdir. Biz təkcə enerji layihələrini nəzərdən keçirmirik, həm də ölkənin bütün ehtiyaclarını, o cümlədən su təchizatı məsələlərini nəzərə almağa çalışırıq. Üzərində işlədiyimiz əsas layihələrdən biri dəniz suyunun duzsuzlaşdırılması qurğusudur. Bu ilin yanvarında biz layihənin daha üstün tutulan iştirakçısı elan olunduq və hazırda icra və tikinti mərhələsinə keçmək üçün hökumətlə bütün sənədlərin razılaşdırılmasının yekun mərhələsindəyik", - o deyib.
Qeyd edək ki, layihə Sumqayıt Kimya Sənaye Parkının ərazisində gündəlik gücü 300 min kubmetr olan dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisini nəzərdə tutur. Layihənin “ACWA Power” və Türkiyənin “IC İçtaş İnşaat” şirkətinin daxil olduğu konsorsium tərəfindən həyata keçirilməsi planlaşdırılır.
Sazişin şərtlərinə görə, layihənin icra müddəti 27,5 il təşkil edəcək, bu müddət bitdikdən sonra obyektin idarəçiliyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə veriləcək.
Tikinti işlərinin 2,5 il ərzində başa çatdırılması planlaşdırılır.
XXX
“ACWA Power” şirkətinin İdarə Heyətinin sədri ilə görüş keçirilib
Yeri düşmüşkən qeyd edək ki, 30-cu Bakı Enerji Həftəsi çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Əbunəyyan ilə görüşüb.
Görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadiyyatın bütün sahələrində, xüsusilə də bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndiyi vurğulanıb. “Yaşıl” enerjiyə keçidin təmin edilməsi istiqamətində hədəflərimizin reallaşmasında bu ölkədən olan investorlarla işbirliyinin rolu qeyd edilib. “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda Qafqaz regionunun ən böyük külək elektrik stansiyasının inşası ilə bağlı həyata keçirilən layihə və dəniz suyunun duzsuzlaşdırılması sahəsində görülən işlər əməkdaşlığımızın əhəmiyyətli nümunəsi kimi dəyərləndirilib.
Tərəflər qlobal enerji gündəliyinin prioritetləri, dayanıqlı biznes modellərə keçidin əhəmiyyəti və yaşıl enerji sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)




