Qırmızı Ürəklər Fondu topladığı pulların hesabatını açıqlayıb
Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabat açıqlayıb2019-cu ildən etibarən ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına dəstək olan Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabatlarını təqdim edib.
“Cəmiyyət”, “Ətraf mühit” və “Heyvanların mühafizəsi” istiqamətlərində fəaliyyət göstərən fond donorlar tərəfindən maliyyələşir. Ötən 3 ay ərzində fonda 2753 donor tərəfindən 54 min 737 manat ianə edilib. Toplanan vəsaitlər hesabına bir çox vacib və marqlı layihə həyata keçirilib.
Fon cari ilin ilk rübündə sosial həssas qrupdan olan 25 ailəyə himayə yardımları göstərib. Xalqımızın yardımlaşma ənənəsini davam etdirmək məqsədi ilə “Novruz payı” və “Ramazan payı” aksiyaları baş tutub. Aksiya çərçivəsində redhearts.az vebsaytı və Birbank mobil tətbiqi vasitəsilə 986 donordan 9 min 673 manat ianə toplanıb. Kampaniya çərçivəsində 39 bölgədən olan 485 ailəyə 70 manat dəyərində bayram sovqatı çatdırılıb. Eyni zamanda Xaçmaz rayonunda 7 dəfə iftar süfrəsi təşkil olunub.
Artıq üçüncüsü reallaşan “Qırmızı Ürəklər təhsil təqaüdü proqramı” ötən dövrdə də həyata keçirilib. Proqrama müraciət edən 306 nəfərdən 69 nəfəri ikinci mərhələyə keçsə də qalib olmaq şansını 23 nəfər əldə edib. Yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan, sosial baxımdan həssas əhali qrupuna aid həmin tələbələrə tədris ilinin sonundadək aylıq 200 AZN təqaüd təqdim ediləcək.
Fondun inklüziv cəmiyyət naminə başlatdığı “Bütün vücudlar danışır” layihəsi cari ildə də davam edir. Layihənin məqsədi əlilliyi olan şəxslərin həyat keyfiyyətinin yüksəldilməsi, inklüziv mühitin formalaşdırılmasıdır. Layihəyə 414 nəfər sağlamlıq imkanları məhdud olan uşaq, qazi, eləcə də ahıl və əlilliyi olmayan şəxslər cəlb edilib. Cəmiyyətin müxtəlif fərdlərini əhatə edən layihədə rəqs təlimləri təşkil olunur.
Ətraf mühitin qorunması istiqamətində fondun Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirdiyi “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə bu il Kapital Bank-da qoşulub. Əməkdaşlıq nəticəsində bankın baş ofisi və filiallarında 149 zərərli tullantı qutusu yerləşdirilib. Bundan əlavə 21 məntəqədən 319 kiloqram batareya toplanaraq “Tullantıları İdarəetmə Mərkəzi”nə təhvil verilib.
Qeyd edək ki, “Qırmızı Ürəklər” Fondu ötən il ekologiyanın qorunması istiqamətində həyata keçirdiyi uğurlu fəaliyyətinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb. Həmçinin fond Azərbaycanda ilk dəfə olaraq Korporativ Könüllülük Konsepsiyasını qəbul edib. Konsepsiyanın məqsədi əmək fəaliyyəti ilə məşğul olan şəxslərin sosial fəaliyyətlərdə fəal iştirakını təmin etmək və ölkənin bütün regionlarına könüllülər vasitəsilə əlçatanlığı təmin etməkdir. Bu konsepsiya əsasında Kapital Bank-da çalışan 244 əməkdaş fondun könüllüsü olub.
Fond həmçinin ianəçilik mədəniyyətinin əhatə dairəsini genişləndirmək məqsədi ilə “m10” mobil tətbiqində də yer alır. Bununla da vətəndaşlar birbaşa və asan şəkildə fonda ianələr edə bilərlər.
Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 18 saat sonra
-
1 saat əvvəl
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
-
-
2 saat əvvəl
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
-
2 saat əvvəl
Azərbaycanda Amerika Ticarət Palatasında icraçı direktor vəzifəsinə yeni təyinat
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Microsoft-dan 150 min dollar "Azure Credits" cəlb edən ilk Azərbaycan Aİ-startapı
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan “Gül kimi” təklif
"PAŞA Bank"ın səhmdarlarının pay bölgüsü dəyişə bilər
Ən çox oxunanlar
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırılıb
Ödəniş təşkilatının vəzifəli şəxsini cərimələnib
Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Pekində - Strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirləri 400 manat azaldılacaq
Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
“Premium Bank”da yeni təyinat




















