Almaniyanın avtomobil nəhəngləri ABŞ-la təcili danışıqlara çağırır
Almaniya Avtomobil Assosiasiyası (VDA) ABŞ-ın avtomobil idxalına tətbiq edəcəyi yeni 25 faizlik rüsumun iqtisadi nəticələri barədə xəbərdarlıq edib və bu məsələ ilə bağlı təcili danışıqlara çağırıb.Almaniya Avtomobil Assosiasiyasının (VDA) prezidenti Hildegard Müller açıqlamasında, ABŞ prezidenti Donald Trampın ABŞ-da istehsal olunmayan avtomobillərə tətbiq etdiyi 25 faiz idxal vergisini dəyərləndirib.
Marja.az xəbər verir ki, Müller, aprelin əvvəlində qüvvəyə minməsi planlaşdırılan tarifin (idxal vergisinin) həm şirkətlər, həm də avtomobil sənayesinin bir-birinə bağlı qlobal tədarük zəncirləri üçün əhəmiyyətli bir yük yaratdığını və eyni zamanda, Şimali Amerika da daxil olmaqla istehlakçılar üçün mənfi nəticələrə səbəb olacağını söyləyib.
"Bu (ABŞ-nin yeni 25 faizlik gömrük rüsumu - red), son nəticədə hər iki tərəfin inkişafına və rifahına mənfi təsir göstərəcək", - Müller deyib.
Müller əlavə rüsumların Avropa İttifaqından (AB) ABŞ-a ixraca əhəmiyyətli dərəcədə mənfi təsir göstərəcəyini qeyd edərək, bunun ABŞ iqtisadiyyatına da birbaşa təsir edəcəyini iddia edib.
Müller Transatlantik Tərəfdaşlıq və azad və ədalətli ticarətin hər iki tərəf üçün böyük iqtisadi əhəmiyyət daşıdığını qeyd edərək, "Transatlantik Tərəfdaşlıq hər iki tərəf üçün böyümə, rifah və məşğulluğun təminatıdır" deyib.
Müller, "Alman avtomobil sənayesi ABŞ və AB arasında ikitərəfli razılaşmaya dair dərhal danışıqlara çağırır" deyib.
Şirkətlərin 86 faizi mənfi təsir görəcək
VDA-nın məlumatına görə, Almaniyanın avtomobil şirkətlərinin 86 faizi ABŞ-ın bir çox ölkə və bölgələrə tətbiq etdiyi tariflərin onlara da təsir edəcəyini düşünür.
Almaniyanın avtomobil sənayesinin ən çox ixrac etdiyi ölkə ABŞ-dır. VDA məlumatlarına görə, 2023-cü ildə Almaniyadan ABŞ-a təxminən 400 min avtomobil ixrac edilib.
Trampın yeni tarifləri aprelin 2-dən qüvvəyə minəcək
Prezident Donald Tramp idxal edilən avtomobillərə, yüngül kommersiya avtomobillərinə və ehtiyat hissələrinə 25 faiz rüsum nəzərdə tutan sərəncam imzalayıb. Ağ Evdə imzalanma mərasimində çıxış edən Tramp bunu “Amerikanın qurtuluş gününün başlanğıcı” kimi qiymətləndirib.
Tramp sözügedən tariflərin aprelin 2-də qüvvəyə minəcəyini, ABŞ-da istehsal edilən avtomobillərə heç bir tarif tətbiq edilməyəcəyini bildirib.
Ağ Evin rəsmisi Will Scharf, Trampın imzalaması üçün sərəncamı təqdim edərkən, bunun avtomobil tarifləri vasitəsilə ABŞ üçün illik 100 milyard dollardan çox gəlir təmin edəcəyinin gözlənildiyini bildirib.
Ağ Evin paylaşdığı məlumata görə, amerikalılar 2025-ci ildə təxminən 16 milyon avtomobil alacaq ki, bunun da 50 faizi xaricdən gətirilən avtomobillər olacaq.
ABŞ-ın Bernstein araşdırma firmasının məlumatına görə, ABŞ-da satılan bütün avtomobillərin təxminən yarısı və bu ölkədə yığılan avtomobillərin komponentlərin təxminən 60 faizi idxal olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 18 saat əvvəl
-
- 18 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?




















