"Türkiyə Mərkəzi Bankı faiz endirimlərini yavaşlatacaq"
Bloomberg Economics-in məlumatına görə, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlunun həbsi Türkiyədə faiz endirimlərini yavaşlatacaq və ehtiyatlara mənfi təsir göstərəcək. Bloomberg Economics 2025-ci ilin sonuna Türkiyə üzrə inflyasiya proqnozunu 25 faizdən 28 faizə qaldırıb.Bloomberg Economics-in (BE) məlumatına görə, Ekrem İmamoğlunun həbsinə qədər və ondan sonra maliyyə bazarlarında baş verən hadisələr Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) faiz endirimi prosesini yavaşlatacaq.
Marja xəbər verir ki, Bloomberg Economics, TCMB-nin etimadı artırmaq üçün əlavə addımlar ata biləcəyini proqnozlaşdırıb.
Hazırda TCMB-nin əsas faizi 42,50 faiz səviyyəsindədir.
Qeyd edilib ki, kommersiya banklarını lirə depozitləri üzrə daha yüksək faizlər təklif etmələri üçün makroprudensial qaydalardan istifadə ediləcəkdir.
TCMB-nin martın 19-da bazarlara 11,2 milyard dollar satdığını hesablayan Bloomberg Economics-ə görə, bu məbləğ mart ayının ortalarında 58 milyard dollardan bir qədər az olan svoplar istisna olmaqla xalis ehtiyatların təxminən beşdə birinə bərabər gəlir. Türk lirəsindəki qarışıqlıq nəticəsində Bloomberg Economics il sonu inflyasiya proqnozunu 25 faizdən 28 faizə qaldırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
2 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
2 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























