"Made in Azerbaijan" təşviq mexanizmlərindən ötən il 88 şirkət yararlanıb
2024-cü il ərzində Azərbaycan ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi, ölkə iqtisadiyyatına investisiya qoyuluşunun təbliğ edilməsi məqsədilə ümumilikdə 59 tədbir (39-u Azərbaycanda, 20-si xaricdə) təşkil edib, habelə 28 beynəlxalq tədbirdə iştirak edib.
Bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, təşkil olunmuş və iştirak edilmiş tədbirlər çərçivəsində Azərbaycanın investisiya imkanları barədə potensial investorların məlumatlandırılması, qeyri-neft ixracının stimullaşdırılması, ixrac potensiallı yerli məhsullar barədə xarici tərəfdaşlarla əlaqələr qurulması istiqamətində təqdimatlar edilib, ikitərəfli və çoxtərəfli əsasda görüşlər keçirilib. Ümumilikdə hesabat ilində beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi məqsədilə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) müvafiq tədbirlər çərçivəsində 13 anlaşma memorandumu imzalayıb.
Bundan başqa, "Made in Azerbaijan" brendinin təşviqi mexanizmləri üzrə beynəlxalq sərgi və yarmarkalarda təşkil edilən 10 vahid ölkə stendində iştirakdan 136 müraciət əsasında 68 şirkət yararlanıb, 32 sərgidə fərdi qaydada iştirak baş tutub (mexanizmdən istifadə edən şirkətlərin sayı 22), 7 bazar araşdırması aparılıb, 9 şirkətin yararlandığı 1 alıcı missiyası həyata keçirilib. Ümumilikdə 88 şirkət "Made in Azerbaijan" təşviq mexanizmlərindən 164 dəfə istifadə edib.
"Made in Azerbaijan" təşviq mexanizmi vasitəsilə vahid ölkə stendi ilə ən çox "Gulfood" və "Prodexpo" sərgilərində iştirak baş tutub. 2019-2024-cü illərdə sərgilərdə iştirak nəticəsində çəkilən xərclərlə müqayisədə 6,2 dəfə çox ixrac dəyəri qeydə alınıb. Sərgilərə cəmi 3,6 milyon ABŞ dolları məbləğində vəsait xərclənilib, 22,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub. 2024-cü ildə isə sərgilərə 634 min ABŞ dolları məbləğində vəsait xərclənilib, 7,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur














.jpg)



.jpg)

