“Bakı Tekstil Fabriki”nə məxsus tikiş sexinin fəaliyyəti dayandırıldı
Tələblərinin kobud pozulması faktları aşkar edilib.Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Marja.az Nazirliyə istinadən xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “Bakı Tekstil Fabriki” MMC-yə məxsus tikiş sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki:
- obyektdə ilkin yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, həmçinin mövcud qurğuya texniki qulluq göstərilməyib;
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib;
- obyektdə yanğın su hovuzu mövcud deyil və daxili yanğın kranları quraşdırılmayıb;
- obyekt odsöndürən balonlarla tam təmin olunmayıb;
- təxliyə planı mövcud deyil;
- obyektin taxta konstruksiyalarına odadavamlı məhlul hopdurulmayıb;
- obyektin müəyyən yerlərində yanar üzlüklərdən istifadə olunub;
- istehsalat və anbar otaqlarında yanar materialdan istifadə edilərək otaqlar yaradılıb;
- anbar sahəsində mallar “Yanğın Təhlükəsizliyi Qaydaları”nın tələblərinə uyğun yığılmayıb;
- obyektin ərazisi yanar tullantılardan təmizlənməyib;
- obyektin tikinti və lahiyə sənədləri yanğın təhlükəsizliyinə əməl olunması baxımından DYNX ilə razılaşdırılmayıb;
- obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi təqdim olunmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “Bakı Tekstil Fabriki” MMC-yə məxsus tikiş sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur






















