Mükafat fondu 10 000 AZN olan Gəncə hakatonuna qeydiyyat başladı!
(®) Texnologiya və innovasiya sahəsindəki ən yaxşı həlləri tapmaq və gələcəyin texnologiyasını yaratmaq istəyənlər üçün böyük bir fürsət yaranıb.
“INNOSTART” Gəncə Hakatonu15-16 mart 2025-ci il tarixlərində Gəncə şəhərində keçiriləcək. Bu tədbir, iştirakçılara kreativ ideyalarını reallaşdırmaq, yeni texnoloji həllər yaratmaq və sektorda irəliləmək imkanı təqdim edəcək.
Hakatonun məqsədi:
Hakaton iştirakçılarına müxtəlif texnologiya sahələrində yeni həllər təqdim etmə, problemləri aradan qaldırma və gələcək texnologiyalarını inkişaf etdirmə imkanı yaradacaq. İştirakçılar həmçinin, öz ideyalarını investorlara təqdim edərək, inkişaf mərhələsinə keçə biləcək və gələcəkdə bu sahədə müvəffəqiyyət əldə edə biləcəklər.
Mükafat Fondu:
1-ci yer – 5000 AZN
2-ci yer – 3000 AZN
3-cü yer – 2000 AZN
Ən yaxşı komanda və ya komandalar hakaton sonunda öz ideyalarını investisiya almaq üçün təqdim edəcək və bu ideyaların reallaşdırılması üçün dəstək əldə edəcəklər.
Qeydiyyat:
İştirak etmək istəyənlər qeydiyyatdan keçmək üçün bu linkə daxil ola bilərlər: https://forms.gle/eKA9WxZ1QEgXvNpL7
Ünvan: Capitalk Language Center (Gəncə şəhəri, Nizami Gəncəvi, 468a)
Tarix: 15 Mart 09:30
Tədbir SUP.VC şirkətinin təşkilatçılığı və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə keçilir.
Instagram: instagram.com/sup.vc
LinkedIN: https://bit.ly/437XkaM
Facebook: https://bit.ly/3EUUcFd
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 3 d. əvvəl
-
- 8 d. əvvəl
- 13 d. əvvəl
- 21 d. əvvəl
- 41 d. əvvəl
- 57 d. əvvəl
-
58 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
2 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol





.jpg)
.jpg)








.jpg)




