Bu həftə Azərbaycan Mərkəzi Bankı mühüm qərarını açıqlayacaq
Azərbaycan Mərkəzi Bankının 2025-ci ildə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikinə görə, cari ilin ikinci faiz qərarı 12 Mart 2025-ci il tarixində açıqlanacaq.
Marja.az xəbər verir ki, qərarın çərşənbə günü Bakı vaxtı ilə saat 10:00-da elan ediləcəyi gözlənilir. Həmin gün Mərkəzi Bankda mətbuat konfransı keçirilməyəcək.
2025-ci ilin ilk iclasında, 22 Yanvar 2025-ci il tarixində, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb. Əlavə edək ki, artıq ardıcıl 6-cı iclasdır Mərkəzi Bank faizlərini dəyişməz saxlamışdır.
Azərbaycan Mərkəzi Bankının illik inflyasiya hədəfi 4±2% aralığındadır.
Mərkəzi Bank bildirib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqdır. Mərkəzi Bank qanunvericiliklə müəyyən olunmuş mandatına uyğun olaraq qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcəkdir. İnflyasiya təzyiqlərinin azalacağı və inflyasiya gözləntilərinin sabit qalacağı təqdirdə faiz dəhlizi parametrlərinin azaldılması imkanları nəzərdən keçirilə bilər. Bununla yanaşı, Mərkəzi Bank inflyasiya hədəfinə nail olunması ilə bağlı mümkün risklərin reallaşması halında müvafiq şəkildə reaksiya verəcəkdir.
Qeyd edək ki, 2024-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2023-cü ilin dekabr ayına nisbətən 4,9 faiz artıb.
2025-ci ilin yanvar ayında isə istehlak qiymətləri indeksi 2024-cü ilin yanvar ayına nisbətən 5,4 faiz artıb. Dövlət Statistika Komitəsi 2025-ci ilin fevral ayı üzrə illik inflyasiya məlumatını açıqlamayıb.
Əgər Fevrada illik inflyasiyanın artım tempi azalarsa, Azərbaycan Mərkəzi Bankı faizlərini aşağı sala bilər. Əksinə, fevralda illik inflysaiya daha da sürətlənərsə, Mərkəzi Bank bu dəfə də faizlərini dəyişməz saxlaya bilər.
Taleh Kazımov Mərkəzi Bankın faizlərini aşağı sala biləcəyinə işarə etmişdir
"Növbəti faiz qərarlarımız faktiki və proqnozlaşdırılan inflyasiyadan, iqtisadiyyatda olan meyllərdən asılı olacaq. Bizim gözləntilərimiz doğrulduğu şəraitdə, yəni, inflyasiya hədəf diapozonunda və daha aşağı səviyyələrdə formalaşmasını müşahidə etdiyimiz zaman, biz öz pul siyasətimizi yumuşaltma istiqamətində nəzərdən keçirəcəyik", - 22 Yanvar 2025-ci il tarixində keçirilmiş mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirmişdi.
İNFLYASİYA PROQNOZUNU 0,3 FAİZ BƏNDİ AZALDIB
Qeyd etdiyimiz kimi, Mərkəzi Bank mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozlaşdırılır. Belə ki, 2025-ci ilin yanvar ayında yenilənmiş proqnozlara görə illik inflyasiyanın cari ildə 5.5%, 2026-cı ildə 3.8% ətrafında olacağı gözlənilir. Xatırladaq ki, bundan əvvəl Mərkəzi Bank bu il üçün 5,8 % illik inflyasiya proqnozlaşdırırdı. İnflyasiya proqnozunun 0,3 faiz bəndi aşağı salınması kənd təsərrüfatı məhsulları indeksində artımın daha aşağı olacağının gözlənilməsilə bağlıdır.
Taleh Kazımov qeyd edib ki, inflyasiya azalma trendində olduğu üçün Mərkəzi Bankın İdarə Heyəti pul siyasətini yumşalda bilər: "İdarə Heyətində bu fikiri dəstəkləyənlərin sayı getdikcə artır".
Mərkəzi Bankın sədri əlavə edib ki, uçot dərəcəsində 7% səviyyəsi Mərkəzi Bank üçün neytral səviyyədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
44 d. əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
47 d. əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
-
58 d. əvvəl
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
-
1 saat əvvəl
“Maliyyə passivliyinə qarşı “peyvənd”: Səhm, IPO və investor təfəkkürü” - MÜSAHİBƏ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qızılın qiyməti ilə bağlı diqqətçəkən proqnoz: "10 min dollara yüksələcək"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir






.jpg)







.jpg)







