Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Çərşənbə günü ABŞ-da Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı göstəricisinin proqnozların altında dərc olunması fonunda avro və funt sterlinqin dollar qarşısında artım tendensiyası davam edib.
Belə ki, EUR/USD və GBP/USD valyuta cütlükləri bugün səhər saatlarında müvafiq olaraq 1.08200 və 1.29080 səviyyələrini test ediblər. Həmçinin, EURGBP cütlüyü yanvarın sonundan bəri ilk dəfə 0.83830 həddinə qədər yüksəlib.
Qızılın beynəlxalq birjalarda qiyməti cari həftənin əvvəlindən 2894$-2930$ aralığında dalğalanmaya davam edir. Hazırda dəyərli metal 2916$-a ticarət olunur. ABŞ-da kommersiya məqsədli neft ehtiyatlarının 28 fevral tarixində bitən həftə üçün 3.614 million barrel artması “qara qızıl”-ın qiymətinin bir qədər artmasına səbəb oldu. “Brent” markalı neftin bir barrel üçün dəyəri ötən gün 70.00$ həddini aşağıya doğru qıraraq 68.60$ səviyyəsinə qədər azalıb. Lakin xəbər açıqlandıqdan sonra qiymət 70.00$-a qədər yüksəlib. “Bitcoin”-ın dəyəri isə artmağa davam edir və artıq 92500 səviyyəsinə qədər çatıb.
Ötən gün Automatic Data Processing (ADP) şirkətinin təqdim etdiyi hesabata əsasən, fevral ayında ABŞ-ın Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı 77 min təşkil edib. Analitiklər göstəricinin 141 min səviyyəsində açıqlanacağını proqnozlaşdırmışdılar. Həmçinin, “S&P Global” tərəfindən açıqlanan ölkənin Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi 52.9 bənd səviyyəsindən 51 bənd səviyyəsinə qədər zəifləyib. Lakin, ISM tərəfindən dərc olunan xidmət sektorunda PMI 52.8 bənddən 53.5 bəndədək yüksəlib.
Eləcə də, “S&P Global”-ın təqdim etdiyi hesabata əsasən, Avrozonanın Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI), yekun qiymətləndirməyə əsasən, yanvar ayı ilə müqayisədə fevral ayında 51.3 bənd səviyyəsindən 50.6 bənd səviyyəsinə qədər geriləyib. Analitiklər göstəricinin 50.7 bəndədək zəifləyəcəyini proqnozlaşdırmışdılar. Almaniyanın xidmət sektorunda aktivlik 52.5 bənddən 51.1 bəndədək zəifləyib, Böyük Briyaniyada isə 50.8 bənddən 51.1 bəndədək artıb.
Bugün əksər investorların maraqla izlədiyi əsas hadisə Bakı vaxtı ilə saat 17:15-də Avropa Mərkəzi Bankının (ECB) faiz dərəcəsi ilə bağlı qərarı olacaq. Ekspertlər tənzimləyici qurumun göstəricini 2.90%-dən 2.65%-ə qədər enəcəyini proqnozlaşdırırlar. Əlavə olaraq, baş tutacaq Avropa İttifaqı (Aİ) liderlərinin sammiti və ABŞ-da açıqlanacaq İdxal, İxrac və Ticarət Saldosu göstəriciləri bazar iştirakçılarının diqqət mərkəzində olacaq.
Məlimat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
- 24 d. əvvəl
- 28 d. əvvəl
- 31 d. əvvəl
-
1 saat əvvəl
"Amazon Web Services" Azərbaycanla birgə işləmək üçün böyük potensial görür
-
1 saat əvvəl
Qırmızı Ürəklər Fondu “Bayram Səbəti” xeyriyyə aksiyasına start verir
- 1 saat əvvəl
-
1 saat əvvəl
ARKA tərəfindən 2026-cı ildə 4 müsabiqənin keçirilməsi nəzərdə tutulur
-
1 saat əvvəl
Avant Park yaşayış kompleksi sakinlərin istifadəsinə verilib - VİDEO
-
2 saat əvvəl
Azərbaycan xarici ölkələrdən dəyəri 100 milyon dollardan çox olan ət alıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 18-də gözlənilən hava şəraiti
Həmişə sevdiklərimin itkisi ilə sınanmışam!
Ən çox oxunanlar
Avant Park yaşayış kompleksi sakinlərin istifadəsinə verilib - VİDEO
Azərbaycanda şirkətlərin sayı 203 mini keçib
Bank filial və şöbələrində növbə sistemlərinin qurulması üçün avadanlıqlar və xidmətlər satın alır
Magistral su kanalları 46 milyon manata yenidən qurulacaq - BU ŞİRKƏT TENDERDƏ QALİB OLDU
SOCAR-ın prezidenti ərəb şirkətinin baş icraçı direktoru ilə görüşüb
Azərbaycan neftinin son qiyməti
Bakıda açılacaq "Dino Park"a giriş qiymətləri məlum oldu















.jpg)



