Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Bazar ertəsi günü Avrozonada İstehlak Qiymətləri İndeksinin və Biznes Aktivliyi İndeksinin proqnozların üzərində açıqlanması fonunda avro və funt sterlinq dollar qarşısında kəskin şəkildə bahalaşdı. Belə ki, EUR/USD valyuta cütlüyü gün ərzində 1.03900 səviyyəsindən 1.05000 səviyyəsinə qədər bahalaşdı. GBP/USD cütlüyü isə eyni dövr ərzində 1.25820 həddindən 1.27230 həddinə qədər yüksəldi.
Dolların ucuzlaşması qızılın dəyərinin artmasına səbəb oldu. Dəyərli metal ötən həftənin sonunda 2833$-a qədər ucuzlaşsa da, cari həftəyə artımla başladı və artıq beynəlxalq birjalarda 2891$-a təklif olunur.
Neftin qiyməti isə eniş tendensiyasını davam etdirir. “Brent” markalı neftin bir barrel üçün qiyməti dünəndən bu yana 74.00$-dan 71.30$-a qədər enib. Kapitallaşmasına görə dünyanın ən böyük kriptovalyutası “Bitcoin” ötən hətəni 84200$ səviyyəsində tamamlasa da, cari həftəni 94200$ həddində açıb. Lakin, tokenin qiyməti ucuzlaşmağa davam edib və hazırda yenidən 84200$ səviyyəsində ticarət olunur.
“Eurostat”-ın ötən gün təqdim etdiyi ilkin məlumatlara əsasən, fevral ayında Avrozonada istehlak qiymətləri illik müqayisədə 2.4% artıb. Analitiklər orta hesabla inflyasiyanın 2.3%-ə qədər zəifləyəcəyini proqnozlaşdırmışdılar. Aylıq ifadədə yanvar ayında istehlak qiymətləri 0.3 ucuzlaşdıqdan sonra, fevral ayında 0.5% bahalaşıb. Həmçinin, Avrozonanın Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) yanvar ayı ilə müqayisədə fevral ayında 46.6 bənd səviyyəsindən 47.6 bənd səviyyəsinə qədər qalxaraq son 24 ayın ən yüksək göstəricisini sərgilədi.
Türkiyədə fevral ayında istehlak qiymətləri illik müqayisədə 39.05% artıb. İnflyasiya ardıcıl doqquzuncu ayda yavaşlayıb və 2023-cü ilin iyun ayından bəri ən kiçik artım tempini göstərib. Aylıq ifadədə inflyasiya yanvarda 5.03%-dən 2.27%-ə qədər zəifləyib. Eləcə də, ABŞ-da “S&P Global” tərəfindən dərc olunan məlumatlara əsasən, ölkənin Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) 51.2 bənddən 52.7 bəndədək yüksəlib. Lakin, ISM tərəfindən təqdim olunan məlumatlarda sənaye sektorunda PMI-ın 50.9 bənddən 50.3 bəndədək zəiflədiyi qeyd olunub.
Bugün Bakı vaxtı ilə saat 14:00-da Avrozonada dərc olunacaq İşsizlik Səviyyəsi investorların diqqət mərkəzində olacaq əsas xəbərdir. Həmçinin, Yaponiya Bankının (BoJ) sədri Uedanın çıxışı bazar iştirakçılarına USDJPY cütlüyündə gələcək istiqaməti seçmək üçün ipuçları verə bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
- 21 d. əvvəl
- 25 d. əvvəl
- 28 d. əvvəl
-
1 saat əvvəl
"Amazon Web Services" Azərbaycanla birgə işləmək üçün böyük potensial görür
-
1 saat əvvəl
Qırmızı Ürəklər Fondu “Bayram Səbəti” xeyriyyə aksiyasına start verir
- 1 saat əvvəl
-
1 saat əvvəl
ARKA tərəfindən 2026-cı ildə 4 müsabiqənin keçirilməsi nəzərdə tutulur
-
1 saat əvvəl
Avant Park yaşayış kompleksi sakinlərin istifadəsinə verilib - VİDEO
-
2 saat əvvəl
Azərbaycan xarici ölkələrdən dəyəri 100 milyon dollardan çox olan ət alıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 18-də gözlənilən hava şəraiti
Həmişə sevdiklərimin itkisi ilə sınanmışam!
Ən çox oxunanlar
Avant Park yaşayış kompleksi sakinlərin istifadəsinə verilib - VİDEO
Azərbaycanda şirkətlərin sayı 203 mini keçib
Bank filial və şöbələrində növbə sistemlərinin qurulması üçün avadanlıqlar və xidmətlər satın alır
Magistral su kanalları 46 milyon manata yenidən qurulacaq - BU ŞİRKƏT TENDERDƏ QALİB OLDU
SOCAR-ın prezidenti ərəb şirkətinin baş icraçı direktoru ilə görüşüb
Azərbaycan neftinin son qiyməti
Bakıda açılacaq "Dino Park"a giriş qiymətləri məlum oldu








.jpg)





.jpg)

