Müzakirələrə səbəb olan film artıq kinoteatrlarda - VİDEO
Azərbaycanda psixoloji melodram janrında çəkilmiş “Spinozanın Tanrısı” filmi tamaşaçıların ixtiyarına verilib.
Ötən gün Nizami Kino Mərkəzində təqdimat mərasimi keçirilən ekran işi böyük maraq və anşlaqla qarşılanıb.
Bir gəncin həyatından bəhs edən sevgi romanının sloqanı da maraqlıdır - “Belə hekayəm olmasaydı, kaş”.
Rejissoru Cavid Təvəkkül, ssenari müəllifi və prodüseri Rəsul Allahverdiyev olan “Spinozanın Tanrısı” “Pelican Film” Prodakşn tərəfindən istehsal olunub.
Uzun fasilədən sonra bu filmlə kino dünyasına qayıdan rejissor Cavid Təvəkkül yaxşı bir iş ortaya qoymaq üçün çalışdıqlarını bildirib: “Uzun fasilədən, uzun illərdən sonra təkrar kino ətrafında toplaşmaq və sizinlə görüşmək çox xoşdur. Ümid edirəm baxacaqsınız, bəyənəcəksiniz. Biz yaxşı bir film ortaya qoymağa çalışmışıq. Qiyməti sizlər verəcəksiniz”.
Təqdimat mərasimində çıxış edən Rəsul Allahverdiyev filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib: “Bu filmə ruh verən, öz duyğularını verən bütün yaradıcı heyətə dərin təşəkkürümü bildirirəm. Bu mənim debütüm olduğuna görə, əlbəttə, öyrənərək irəliləyirəm. İlk öyrəndiyim şeylərdən biri o idi ki, bu sənətdə texnika vacibdir. Mütəxəssislər bunu daha yaxşı bilir. Gülməyin, ağlamağın, yıxılmağın, durmağın – hamısının texnikası var. Amma, mən bildiyimə görə, hisslərin, duyğuların texnikası yoxdur. Ona görə də, mən filmə hissini, duyğusunu qatan və bunlarla iddialı bir film ərsəyə gətirən bütün heyətə təşəkkür edirəm. Ümid edirəm ki, siz də bu film haqqında yaxşı qənaət sahibi olacaqsınız”.
Filmdə əsas rolları Türkay Cəfərli, Lalə Süleymanova və Fidan Bayramova canlandırıb. Digər rollarda isə Xalq artisti Vidadi Həsənov, əməkdar artistlər Elşən Rüstəmov, Hüsniyyə Mürvətova, İqrar Salamov, Sədaqət Nuriyeva, aktyorlar Orxan Abışov, Nəzrin Abdullayeva, Sənan Fərzəliyev, Ayla Əliyeva, Jalə Novruz, Ramil Zeynalov, Niyaz İlyasoğlu və digər istedadlı aktyorlar çıxış ediblər.
Ekran əsərinin quruluşçu operatoru Hüseyn Devrim, quruluşçu rəssamı Vüqar Qurbanovdur. Filmdə istifadə olunan musiqilər Nicat Qafuroğluna aiddir.
Qeyd edək ki, “Spinozanın Tanrısı” bu gündən kinoteatrlarda nümayiş olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 18 d. əvvəl
-
-
19 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
30 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 13 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Rəsmi məzənnələr açıqlandı
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
Ən çox oxunanlar
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb






.jpg)






.jpg)





