Super milyarderlərin reytinqi dərc edilib
"The Wall Street Journal", "Altrata" analitik şirkətinin məlumatlarına istinadən, sərvəti 50 milyard dollardan çox olan 24 iş adamının daxil olduğu super milyarderlərin reytinqini dərc edib.
Marja xəbər verir ki, onlar təxminən 3,3 trilyon dollara sahibdirlər.
Dünyanın ən varlı adamı Tesla-nın qurucusu İlon Maskdır, onun kapitalı 419,4 milyard dollar dəyərində qiymətləndirilir.
Digər super milyarderlər və sərvətləri:
Amazon-un qurucusu Ceff Bezos – 263,8 milyard dollar.
Louis Vuitton Moet Hennessy (LVMH) şirkətlər qrupunun sahibi Bernard Arnault - 238,9 milyard dollar.
Oracle-ın baş direktoru Larri Ellison - 237 milyard dollar.
Meta korporasiyasının təsisçisi Mark Zukerberq - 220,8 milyard dollar.
Google-un həmtəsisçisi Sergey Brin – 160,5 milyard dollar.
Microsoft-un keçmiş baş direktoru Stiv Balmer - 157,4 milyard dollar.
Berkshire Hathaway şirkətinin baş direktoru Uorren Baffet - 154,2 milyard dollar.
Amerikanın Walmart mağazalar şəbəkəsinin banisi Sam Uoltonun kiçik oğlu və sərvətinin bir hissəsinin varisi Cim Uolton - 117,5 milyard dollar.
Amerikanın Walmart mağazalar şəbəkəsinin banisi Sam Uoltonun böyük oğlu və onun sərvətinin bir hissəsinin varisi Rob Uolton - 114,4 milyard dollar.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
6 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
6 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
6 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib





















