“Ötən il vətəndaşların özəl sektorla bağlı ən çox müraciəti tikinti şirkətlərindən olub”
Baş Prokurorluğa özəl sektorlarla bağlı ən çox müraciət edənlər sadə vətəndaşlardır.
Mlumata görə, bunu Baş prokuror Kamran Əliyev “LEGIS” Regional Hüquq Forumunda deyib.
O bildirib ki, 4613 müraciət isə sıravi vətəndaşlar tərəfindən özəl sektor nümayəndələri barəsində edilən şikayətlərdir:
“Bunun ən çoxu tikinti şirkətləri ilə bağlıdır. Tikinti şirkətləri bəzən bir evi bir neçə adama satırlar. Təbii olaraq bu cür şikayətlər Baş Prokurorluq tərəfindən çox ciddi şəkildə araşdırılır. Bu müraciətlər əsasında çoxsaylı cinayət işləri açılır”.
“158 müraciət özəl sektor nümayəndələri dövlət orqanları barədə müraciət ediblər. Belə olan halda prokurorluq orqanları özəl sektor nümayəndələrinin hüquqlarının müdafiə edilməsində fəal iştirak edirlər. 135 şikayət özəl sektor nümayəndələrinin öz əməkdaşları barəsində müraciətləridir. Bunlar adətən əməkdaşların mənimsəməyə yol vermələri ilə bağlı olur.
105 müraciət özəl sektor nümayəndələrinin digər özəl sektor nümayəndələri barəsində olan müraciətləridir. 451 müraciət isə işçilərin öz çalışıdığı şirkətlərlə bağlı şikayətləridir. Onlar şikayətlərində çalışdığı şirkətlərin rəhbərlərinin qanunsuz əməlləri ilə bağlı məlumatlar veriblər” – deyə Kamran Əliyev deyib.
O bildirib ki, 77 müraciət isə dövlət qurumları tərəfindən özəl sektorda fəaliyyət göstərən şirkətlərin qanunsuz əməlləri ilə bağlı olub.
Report
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
-
13 d. əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
19 d. əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Ən çox oxunanlar
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı

























